Previous Next
Bağla

Təhsil Nazirliyinin kompüter qalmaqalı yenə gündəmdə

28-05-2009 14:18
Təhsil Nazirliyinin kompüter qalmaqalı yenə gündəmdə

2006-cı ildə Azərbaycanda orta məktəblərin kompyuterləşdirilməsi üzrə prezident sərəncamı imzalanıb. Sərəncama əsasən ölkənin bütün orta məktəbləri kompüterləşdirilməli və vahid şəbəkəyə qoşulmalıdır. Təhsil naziri Misir Mərdanov «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, bununla bağlı ciddi iş gedir, 2009-cu ilin iyun ayında Bakı və Abşeronun orta məktəbləri vahid şəbəkəyə qoşulacaq.

KURS SERTİFİKATI NEÇƏYƏDİR?

Sərəncama görə, Təhsil Nazirliyi orta məktəb müəllimləri üçün kompüter kursları təşkil etməlidir. Bunun üçün xüsusi maliyyə vəsaiti də ayrılıb. Bakının orta məktəblərində çalışan müəllimlər isə kursların ödənişli, həm də effektiv olmamasından şikayətçidir.

Paytaxtın bir neçə orta məktəbində olduq. Kiçik fərqlərlə durum təxminən eynidir. Yaşlı müəllimlər kompüteri qavramaqda çətinlik çəkir, nisbətən gənc müəllimlər isə kursların effektiv olmamasından şikayətlənir.

Müəllimlər deyir ki, kompüter kurslarına maraq göstərsələr də, burda onlara olduqca mücərrəd və praktikada gərək olmayan proqramlar öyrədilir. Özü də iki həftəyə kompyuter haqda anlayışı olmayan müəllimlərin təlim keçib sonradan bunu tədrisdə istifadə etməsi mümkün deyil. Buna görə də hətta bir neçə dəfə təlimlərdə iştirak edən müəllimlər belə, kompüterdən elementar yararlanma qaydalarını öyrənə bilmirlər.

Müəllimlərin ən böyük şikayəti isə kursların orta məktəblərdə yeni rüşvət mənbəyinə çevrilməsidir. Bəzi orta məktəb direktorları müəllimlərə xəbərdarlıq edib ki, əgər kompüter kurslarından sertifikat ala bilməsələr, gələn dərs ilində dərs saatları azaldılacaq. Bundan başqa, direktorlar kompüter kursları üçün müəllimlərdən 50 manat pul tələb edir.

Eyni durumla Bakının Sabunçu, Nərimanov, Əzizbəyov, Xətai, Nəsimi rayonlarında qarşılaşsaq da, müəllimlər müsahibə verməkdən imtina etdilər. Arqumentləri o oldu ki, bununla bağlı mətbuata bilgi verdiklərinə görə, məktəb rəhbərliyinin onları sıxışdıracaqlarından ehtiyat edirlər.

Paytaxtın 132 saylı məktəbinin direktoru Aliyə Təhmasib isə deyir ki, bu məsələ birbaşa Təhsil Nazirliyinin təşkilatçılığı və dövlət vəsaiti hesabına görülüb. Müəllimlərdən kompüter kursları üçün bir manat belə yığılmayıb:

«Bizim məktəbdə müəllimlərin 80 faizi artıq bu kursları bitirib. Başqa məktəbdə kursları bitirən və trener statusu alan müəllimlər bizim məktəbdə 12 nəfərlik qruplara 2 həftəlik kurs keçib. Bu məsələnin maliyyələşməsi ilə biz yox, Təhsil Nazirliyi məşğul olub».

MƏQSƏD, YOXSA GÖRÜNTÜ?

Suraxanı rayonunun 141 saylı orta məktəbinin dil-ədəbiyyat müəlliməsi Tərlan Əliyeva isə deyir ki, əslində, kompüteri bilmək hər müəllim üçün vacibdir. Çünki yeni tədris metodlarını öyrənmək, dərsdən kənar bilgiləri tətbiq etmək üçün internetdən yararlanmaq olduqca faydalıdır. Ancaq təəssüf ki, bu, heç də hər zaman məhz müəllimlərə nələrisə öyrətmək üçün deyil, dövlət proqramını yerinə yetirmək görüntüsü yaratmaq üçün edilir.

KOMPYUTERLƏŞMƏYƏ AYRILAN MƏBLƏĞ NƏ QƏDƏRDİR?

Təhsillə bağlı bir neçə araşdırmanın müəllifi olan jurnalist Natiq Güləhmədoğlunun fikrincə, məsələ ilə bağlı ən ciddi problem rayon məktəblərində yaşanır. Kənd məktəblərinin müəllimləri kurslara qatılmaq üçün rayon mərkəzlərinə getməlidir. Bunun üçün onlar artıq vəsait və zaman sərf edirlər. Sonradan isə kənd orta məktəblərinin direktorları onlara kompyuterlərdən yararlanmaq imkanı vermir:

«Elə məktəblər var ki, artıq 2 ildir kompyuterləşdirilib. Kompüter isə ildə 2-3 dəfə yeniləşməli, təkmilləşməli texnikadır. Fakt odur ki, məktəblərdəki kompüterlər istifadəsiz qalıb. Bunun üçün dövlət büdcəsindən ayrılan və Təhsil Nazirliyinin bir neçə beynəlxalq maliyyə qurumundan aldığı vəsaitlər səmərəsiz istifadə olunur».

MÜƏLLİMLƏR «ANONİMKA» YAZMASIN…

Təhsil Nazirliyində isə məktəblərin kompüterləşdirilməsi üçün dövlət büdcəsindən nə qədər vəsait ayrıldığını konkretləşdirməsələr də, vəsaitin olduqca səmərəli istifadə edildiyini düşünürlər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə:
«Müəllimlərdən kompyuter kurslarının sertifikatı üçün pul tələb edilməsi ilə bağlı Təhsil Nazirliyinə heç bir şikayət gəlməyib. Hökumət müəllimlərin kompüteri öyrənməsi üçün çox yaxşı imkan yaradıb. Bütün xərclər dövlət hesabına ödənir. Müəllimlərə məsləhət görərdim ki, bu işin üzərinə kölgə salmaqdansa, davamlı olaraq kurslara gəlib kompyuter bilgiləri öyrənsinlər».

Təhsil Nazirliyinin sözçüsü bildirir ki, müəllimlərin kompüter proqramlarını öyrənmələri məcburidir və bu, gələcəkdə dərslərin interaktiv qaydada keçirilməsinə hazırlıq məqsədi daşıyır.//Aygün Muradxanlı.Azadlıq radiosu

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

14-02-2009

İKT-nin tədrisdə tətbiqi üzrə müəllimlərin hazırlığı məsələsi mövzusunda dəyirmi masa keçirilib

25-06-2009

Azərbaycanda orta məktəblərin 22%-i internetə qoşulacaq

02-12-2010

İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edildi

09-02-2010

Zərifə Əliyeva adına orta məktəbə xüsusi informasiya texnologiyaları avadanlıqları verilib

07-02-2009

Azərbaycanda müəllimlərin İKT bilikləri artır

11-09-2009

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

“Elektron məktəb” layihəsi çərçivəsində müəllimlər üçün İKT təlimləri keçirilir

07-05-2009

Azərbaycan Microsoft-un “Həmkara dəstək” proqramında iştirak edəcək

18-09-2010

Azərbaycan müəllimləri Moskvada İntel treninqində iştirak edəcək

22-09-2010

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

10-04-2012

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

Təhsil sisteminin informasiyalaşdırılmasının yeni mərhələsi başlayır

03-12-2012

Microsoft Azərbaycanın tədris müəssisələrində İT-Akademiyalar açmağı planlaşdırır

14-09-2009

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlanıb

17-11-2009

“Hazırda 500 məktəb internet sisteminə qoşulub”

10-12-2009

Azərbaycanda orta məktəb müəllimləri internet vasitəsilə işə qəbul olunacaqlar

11-08-2009

“1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

10-01-2013

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013

Azərbaycan müəllimləri “Bir şagird - bir kompüter” layihəsi çərçivəsində təlimlərdə iştirak edir

15-12-2009

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013

Azərbaycanda “İnnovativ müəllimlər” müsabiqəsi keçirilir

13-01-2009

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə