“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024 / 18:50

Türkiyənin Antalya şəhərində keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Xeberler.az məlumat verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirliyin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın “Versetech” komandası “Teknofest 2024”ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan komandamız birinci yerə layiq görülüb.

Qeyd edək ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə