Previous Next
Bağla

UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

16-10-2024 15:11
UNEC tələbələrinin startaplara cəlb edilməsi genişləndirilir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “TEKNOFEST 2024”ün qalibi olan Rəqəmsal iqtisadiyyat fakültəsinin kompüter elmləri ixtisasının II kurs tələbəsi Aşurbəy Məmmədzadə ilə görüşüb.

Xeberler.az məlumat verir ki, görüşdə Aşurbəy Məmmədzadə qalib olduğu layihə və qələbəyə aparan yol barədə təəssüratlarını rektorla bölüşüb. O bildirib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEXNOFEST”də bu il 788 min 161 komanda və 1 milyon 630 min iştirakçı ilə rekord say qeydə alınıb. Türkiyənin Boğaziçi, İstanbul Texniki və digər aparıcı universitetlərinin qatıldığı yarışda onun rəhbəri olduğu “Versetech” komandası “PsychoAI” layihəsi ilə “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyasında 76.88 xal toplayaraq, 80 min TL qazanıb.

A.Məmmədzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Baykar” şirkətinin İdarə Heyətinin rəhbəri Selcuk Bayraktarın, eləcə də ölkəmizin dövlət qurumlarının rəhbərlərinin onların stendinə yaxınlaşaraq layihə ilə maraqlandıqlarını bildirib. Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində isə Türkiyə Prezidenti tərəfindən medal və kubokla təltif edildiyini deyib.

Rektor UNEC-in hər zaman tələbələrinin uğurları ilə qürur duyduğunu, onlara bu istiqamətdə universitet tərəfindən daim dəstək göstəriləcəyini bildirib. UNEC tələbələrinin startaplara cəlb olunmasının əhəmiyyətindən söz açan rektor universitetdə İsrail təcrübəsi əsasında İnnovativ Biznes İnkubatorun, eləcə də Rəqəmsal iqtisadiyyat fakültəsi nəzdində tələbə klublarının fəaliyyət göstərdiyini deyib.

Görüş zamanı UNEC-də startap hərəkatının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

08-10-2024

UNEC tələbələri “Robotex International 2025” yarışında uğur qazanıblar

17-12-2025

UNEC ilə MÜSİAD arasında anlaşma memorandumu imzalanıb

12-01-2024

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

19-09-2024

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

24-03-2020

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar

09-08-2021

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

BANM-də “TEKNOFEST-2024”ün qalibləri ilə görüş olub

24-10-2024

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018

UNEC-dən növbəti yenilik: Virtual Karyera Yarmarkası

28-06-2022

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019

UNEC-də “Tələbə-StartUp” müsabiqəsi təşkil olunub

23-12-2025

İqtisad Universitetində elektron universitet modeli tətbiq olunur

15-09-2015

İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015

UNEC-in 95 illik yubileyi qeyd olunub

19-06-2025

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri açıqlandı

22-04-2016

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə