Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “TEKNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb.
Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bu barədə Türkiyə Texnologiya Komandası Fondunu (T3 Fondu) təmsil edən festivalın təşkilatçıları bildiriblər.
T3 Fondundan verilən məlumata görə, ŞKTC Prezident Administrasiyasının himayəsi altında keçiriləcək genişmiqyaslı tədbirdə 15 mindən çox komanda iştirak edəcək.
Lefkoşadakı keçmiş “Ercan” Hava Limanının ərazisində təşkil edilən texnologiya müsabiqələrin qalibləri 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə elan ediləcək.
“TEKNOFEST-2025” çərçivəsində pilotaj komandalarının çıxışı da planlaşdırılır. Solotürk və “Türk Ulduzları”ndan olan pilotlar ŞKTC paytaxtının səmasında bacarıqlarını nümayiş etdirəcəklər.
Bundan əlavə, F-4 və HÜRKUŞ təyyarələrinin, ATAK hücum helikopterlərinin, ANKA 3, Bayraktar TB2 və Bayraktar TB3 tipli pilotsuz uçuş aparatlarının da uçuşları planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri