Previous Next
Bağla

“TECHNOFEST-2025” festivalının açılışı olub

01-05-2025 12:14
“TECHNOFEST-2025” festivalının açılışı olub

Mayın 1-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada “TECHNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı açılıb.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, 11-ci “TECHNOFEST-2025” festivalı ŞKTC Prezident administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən fəal dəstəklənir.

Təşkilatçılar festivalda iştirak etmək üçün dünyanın 22 ölkəsindən, o cümlədən Azərbaycan, Pakistan, İndoneziya və Almaniyadan 47 mindən çox müraciəti təsdiqləyiblər. Lefkoşadakı Ercan Beynəlxalq Hava Limanının ərazisində keçirilən müsabiqənin final mərhələsinə Azərbaycan da daxil olmaqla 1083 iştirakçının daxil olduğu 268 komanda çıxıb.

Altı əsas və 13 alt kateqoriya üzrə yarışlar mayın 4-dək davam edəcək.

Ümumi sahəsi 100 min kvadratmetr olan festival məkanında 132 qabaqcıl texnologiya və müdafiə şirkəti, müxtəlif strukturlar və universitetlərin ən son inkişafları nümayiş etdiriləcək. Burada Türkiyə astronavtları ilə görüşlər də təşkil ediləcək.

“TECHNOFEST-2025” çərçivəsində pilotaj qruplarının çıxışı da nəzərdə tutulub. “Solotürk” və “Türk Ulduzları”ndan olan pilotlar ŞKTC paytaxtının səmasında bacarıqlarını nümayiş etdirəcəklər.

Bundan başqa, F-4 və HÜRKUŞ təyyarələrinin, ATAK hücum helikopterlərinin, ANKA-3, “Bayraktar TB2” və “Bayraktar TB3” tipli pilotsuz uçuş aparatlarının uçuşları planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkizinci ildir keçirilən “TECHNOFEST-2025” festivalının tribunasında iştirakçılar qarşısında çıxış edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı açıqlanıb

25-03-2025

Azərbaycan TECHNOFEST-2025 Festivalının finalında iştirak edəcək

29-04-2025

İstanbulda növbəti TEKNOFEST-ə start verilib

17-09-2025

Türkiyədə 10-cu “TEKNOFEST” festivalına start verilib

02-10-2024

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

BDU tələbələrinin layihəsi “TEKNOFEST”in finalına vəsiqə qazanıb

11-04-2025

“TEKNOFEST KKTC 2025” müsabiqəsinə müraciətlər başlayıb

10-01-2025

TEXNOFEST yeni rekorda imza atıb

05-09-2024

Selcuk Bayraktar: “TEKNOFEST” festivalına maraq rekord səviyyəyə çatıb

02-10-2024

SAF 2025-ə sayılı günlər qalıb

11-11-2025

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

İlham Əliyev Ərdoğanla birgə “Texnofest-2023” festivalına “Togg” avtomobili ilə gedib

29-04-2023

  Bakı Ali Neft Məktəbinin 16 komandası “Teknofest”də finala yüksəlib  

25-05-2022

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə

19-02-2025

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

14-01-2025

Gənclər və idman naziri "Teknofest"ə qatılıb

25-09-2021

SAF 2025-in qalibləri mükafatlandırılıblar

20-11-2025

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

BDU-nun komandası “TEKNOFEST-2025”in finalında iştirak edir

18-09-2025

"Bayraktar" PUA-ları Küveytə ixrac edilib

14-06-2023

UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

08-10-2024

Baykar yeni PUA-larını təqdim edəcək

30-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə