Bir neçə müddət bundan öncə “Telegram”da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat ortaya çıxmışdı.
Xeberler.az technote.az saytına istinadən bildirir ki, indi isə premium abunəlikdən yararlanacaq istifadəçilərin hansı üstünlüklərə sahib olacaqları barəsində ətraflı məlumat verilib. Beləliklə “Telegram Info” adlı “Telegram” kanalının verdiyi məlumata əsasən premium istifadəçilərin adları qarşısında xüsusi işarə əks olunacaq və həmin işarə onların premium abunəlikdən istifadə etdiklərini əks etdirəcək. Bundan əlavə, bu cür istifadəçilər bütün ekran ölçüsündə əks olunacaq stikerləri və çatlarda olan mesajlara reaksiyaların bildirilməsi üçün daha geniş emoji siyahısını əldə edəcəklər.
Premium istifadəçilər üçün “Telegram” daxilində yaradılan qovluqların sayı 10-dan 20-yə, qovluqlara əlavə edilən çatların sayı 100-dən 200-ə, kanal və super qrupların (çoxlu istifadəçi sayına sahib qruplar) say limiti isə 500-dən 1000-ə yüksəldiləcək. Bununla yanaşı “Telegram”ın ana səhifəsinə birləşdirilən paylaşımların saylarının 5-dən 10-a, qovluqlar daxilində birləşdirilən paylaşımların saylarının 100-dən 200-ə, kanallar ilə super qruplar daxilində paylaşılan ictimai linklərin sayları isə 10-dan 20-yə yüksəldiləcək. Məlumatda qeyd edilib ki, bu özəlliklər premium istifadəçilər üçün hazırlanan yeganə imkanlar deyillər. Belə ki, “Telegram” tərtibatçıları premium istifadəçilər üçün müxtəlif funksiyalar üzrə təcrübələr aparırlar. “Telegram Premium”un nə zaman istifadəyə veriləcəyi və onun aylıq ödənişinin nə qədər təşkil edəcəyi barəsində bir məlumat hələ yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri