Teleqrama yeni funksiya əlavə olunur

03-09-2022 / 09:37

Teleqram messencerinin iOS və Android üçün beta versiyasında bir sıra yeni funksiyalar olacaq.

Xeberler.az bildirir ki, bu barədə “Durov kodeksi” internet nəşri məlumat yayıb.

Funksiayalardan biri profil statusu kimi fərdi emoji təyin etmək imkanıdır. Bu emoji istifadəçinin “Telegram Premium” abunəsi olduğunu göstərən ulduz işarəsinin yerini alacaq.

Qeyd edək ki, yenilikdən yalnız messencerin ödənişli istifadəçiləri yararlana biləcək. Fərdi status həm profildə, həm də qrup çatlarında adın yanında göstəriləcək.

Bundan əlavə, istifadəçilər taymerlə müvəqqəti status təyin edə, həmçinin daha əvvəl messencerdə görünən fərdi emodjilərdən istifadə edə biləcəklər.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.