Xperia Z5 modelləri təqdim olundu

09-09-2015 / 14:37

Sony üç yeni Xperia Z5 modelini IFA 2015 sərgisində təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, sərgidə Xperia Z5, Xperia Z5 CompactXperia Z5 Premium modelləri təqdim olunub.

Təqdim olunan telefonlar arasında dünyanın ilk 4K ekranlı smartfonu Xperia Z5 Premium daha çox diqqəti cəlb edir.

Xperia Z5 Premium, 5.5 düymlü 3840x2160 pikselli 4K ekranla təchiz olunub. Android 5.1 əməliyyat sistemi ilə işləyən Xperia Z5 Premium Snapdragon 810 prosessoru və Adreno 430 GPU ilə təchiz olunub.

Xperia Z5 ailəsinin hər üç modeli 1/2.3 Exmor RS 23 meqapiksel sensorla təmin olunub. F2.0 G linzaya malik kamera 0.03 saniyəyə çox sürətli avto fokus çəkilişi edir. Hər üç model 25 mm linzaya malik 5 meqapiksel ön kamera ilə təchiz olunub.

Bundan başqa hər üç modeldə kilid düyməsinə inteqrasiya olunan barmaq izi oxuyucusu da yeni funksiyalardandır.

Xrom, qara və qızılı rəng seçimləri ilə gələcək olan su keçirməyən Xperia Z5 Premium 3430 mAh batareya gücünə malikdir.

5.2 düymlü Xperia Z5 və 4.6 düymlü Xperia Z5 Compact, Premium modeldən çoxda fərqli deyil. Bu modellər Xperia Z5 Premium-dan görünüşünə, ölçülərinə və 4K ekranının olmamasına görə fərqlənir. Xperia Z5 və Xperia Z5 Compact modelləri Premium modelindən batareya gücünə görə də fərqlənir.

Xperia Z5 2900 mAh batareya gücünə, Xperia Z5 Compact isə 2700 mAh batareya gücünə malikdir.

Xperia Z5 ağ, qara, qızılı və yaşıl rəng seçimləri ilə oktyabr ayından etibarən satışa çıxarılacaq.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.