Previous Next
Bağla

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023 14:21
Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə birlikdə icra etdiyi “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində YTP-nin icraçı direktoru Zaur Nəhmətov və İnkubasiya və texnologiyaların transferi mərkəzinin şöbə müdiri Bünyamin Seyidov Koreya Respublikasında səfərdə olublar.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyası, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Beynəlxalq Bankı və “CODERS Azerbaijan” MMC-ni təmsil edən innovasiya ekosisteminin ekspertləri yer alıblar.

Səfərin əsas məqsədi Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədə təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan ibarət olub.

Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu (KIAT), Koreya Elm və Texnologiya İnstitutu (KIST), Innotown SEUL Bio-hub, Koreya Universitetinin X-Garage İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Hanbat Universiteti, Milli Texnologiya Bankında (KIBO) keçirilən görüşlərdə iştirak ediblər.

Qeyd edilən təşkilatların nümayəndələri fəaliyyət göstərdikləri qurumlar haqqında məlumat verərək texnologiyaların kommersiyalaşdırılması proqramları ilə bağlı təqdimatlarla çıxış ediblər. Görüşlər sual-cavab formatında davam etdirilib, Azərbaycanlı ekspertləri maraqlandıran məsələlər müzakirə olunub.

Görüşlərin keçirildiyi təşkilatlar Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması fəaliyyətlərinə infrastruktur və bacarıqların artırılması ilə bağlı dəstək verəcəklərini ifadə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər. Görüşlər zamanı konkret məsələlər üzrə işlərin icrasına dair ilkin razılıq əldə edilib.

Səfər çərçivəsində Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim tərəfindən I-Corps proqramına dair təlimçilərin təlimi seminarı keçirilib. Qeyd olunub ki, ABŞ Milli Elm Fondunun İnnovasiya proqramı olan I-Corps ixtiranın təsirə çevrilməsini asanlaşdıran əhatəli sahibkarlıq təlim proqramıdır. Tədbirdə Koreyada bir neçə ildir tətbiq olunan bu modelin gələcəkdə Azərbaycanda tətbiqi imkanları müzakirə olunub. Təlimin sonunda iştirakçılara STEPI-nin sertifikatları təqdim edilib.

Səfərin nəticələrinə əsasən, Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının (TTCP) (https://www.ttcp.az/) inkişaf planı da hazırlanıb.

TTCP innovasiya ekosisteminin müxtəlif iştirakçıları və maraqlı tərəflərini (hökumət, tədqiqatçılar, korporasiyalar, startaplar, vençur kapitalistləri, özəl investorlar, fondlar, sahibkarlar, mentorlar və media) bir araya gətirərək müxtəlif sahələr üzrə xidmətlər, o cümlədən məlumat bazası və sinergetik bir mühit təklif edən onlayn platformadır. Ənənəvi texnologiya transferi ofislərinin həyata keçirdiyi fəaliyyətləri onlayn formatda və daha da əhatəli olaraq özündə ehtiva edən bu platforma universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən informasiyanın kommersiyalaşdırılması prosesinə öz töhfəsini verməyə çalışacaqdır. Beləliklə, TTCP irəli sürülən innovativ həll yollarının effektiv inkişafını təmin etməklə yanaşı, onların kütləviləşdirilməsi və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanları da əlçatan edir. Platformanın bazarın və istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Ramin Həsənovla da görüş keçirilib. Görüşdə iki ölkə arasında elmi-texnoloji əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu istiqamətlərdə mövcud imkanlar haqqında məlumat verən səfir ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin səfirliyin dəvəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Koreya Respublikasındakı Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə iştirak ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024

YTP-ın istismar proqramı ilə bağlı forum keçiriləcək

24-10-2022

YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

29-09-2022

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

19-03-2024

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

Azərbaycan Koreyanın CIAT proqramında təmsil olunur

08-08-2019

"YTP" ilə "DeltaTech" arasında memorandum imzalanıb

28-10-2024

"İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinə dair ilk onlayn görüş olub

29-03-2022

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

“Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılışı olub

15-02-2025

Azərbaycan və Özbəkistan arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

04-07-2022

Azərbaycan mütəxəssisləri Koreya Respublikasında İKT eksperti beynəlxalq sertifikatına layiq görülüb

09-11-2018

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

31-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə