Previous Next
Bağla

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024 12:54
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Xeberler.az bildirir ki, bu barədə BMU-dan məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə STEPI arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar əvvəlcə universitetin laboratoriyalarını gəziblər. Onlara burada tədris və təcrübə üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

STEPI-nin Qlobal innovasiya strategiyasının tədqiqat şöbəsinin baş elmi işçisi Eun Joo Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ikitərəfli əlaqələrin uğurlu inkişafını vurğulayıb, ali təhsil sahəsindəki əməkdaşlığın müsbət cəhətlərini qeyd edib.

Görüşdə BMU-nun şöbə müdiri Mayis Əzizov universitetin elm və innovasiya yönümlü fəaliyyəti haqqında məlumat verib. Eyni zamanda, informasiya texnologiyaları sahəsində birgə araşdırmaların aparılması istiqamətində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

BMU Texnoparkın sədri, sözügedən layihənin Azərbaycan üzrə ekspertlərindən biri olan İsa Qasımov STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərlərini xatırladıb. O, qurulan əməkdaşlığın texnologiyaların transferi və elmin kommersiyalaşdırılması baxımından müsbət nəticələrini qeyd edib.

Tədbirdə YTP-nin şöbə müdiri Bünyamin Seyidov layihə haqqında danışıb və Azərbaycan-Koreya elmi-texniki əlaqələrinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Koreyalı qonaqlar STEPI-nin Azərbaycanda innovasiya ekosisteminin inkişafını dəstəklədiyi və bunun üçün kömək etməyə hər zaman hazır olduqlarını bildirib, o cümlədən texnologiyaların transferi ilə bağlı layihənin icra istiqamətləri və hazırkı nəticələri barədə informasiyaları diqqətə çatdırıblar.

Müzakirələr zamanı BMU ilə STEPI arasında əməkdaşlıq potensialı nəzərdən keçirilib, müştərək proqramların hazırlanması, işbirliyinin genişləndirilməsi, həmçinin müəllim və tələbələrin texnoloji ideyalarının, startaplarının kommersiyalaşdırılmasına dair fikir mübadiləsi aparılıb. BMU Texnoparkı tərəfindən icra olunan ASSİP (“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı") layihəsinin görüşdə iştirak edən nümayəndələrinin təklifləri də dinlənilib. Koreyalı ekspertlər tərəfindən onlara öz akademik startaplarını reallaşdırmaq istiqamətində tövsiyələr verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023

YTP-ın istismar proqramı ilə bağlı forum keçiriləcək

24-10-2022

YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

29-09-2022

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

"YTP" ilə "DeltaTech" arasında memorandum imzalanıb

28-10-2024

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024

BDU-da ICESCO-nun elm və texnologiya müşaviri ilə görüş olub

25-04-2025

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə