Previous Next
Bağla

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024 20:28
YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Koreya Respublikasının paytaxtı Seul şəhərində startap təlimatçıları üçün təlim-seminar keçirilib. “Azərbaycanla 2024 K-İnnovasiya Tərəfdaşlığı Proqramı” üzrə keçirilən təlimlərdə Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov, Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru dosent İsa Qasımov, həmin Texnoparkın startaplar üzrə mütəxəssisi Nərmin İsmayılova, ADA Universitetinin dosenti Muhammedfoik Bahadırov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü iştirak ediblər.

Xeberler.az məlumat verir ki, təlimlərin əsas məqsədi biznes modelinin inkişafı üzrə Azərbaycandan seçilmiş startap təlimatçılarının bacarıqlarının artırılması və Koreyanın startaplara dəstək proqramı ilə praktiki təcrübənin qazanılması olub. Təlimlər çərçivəsində xarici texnologiya startap təcrübəsinin mübadiləsi, Koreya “I-Crop” təcrübəsinin öyrənilməsi üzrə Koreyanın Seul Milli Universiteti, Seul Milli Elm və Texnologiya Universiteti, “Delta Tech Korea” və “Insightors” şirkətlərinin nümayəndələri, eləcə də Koreya Elm və Texnologiya Siyasəti İnstitutunu (STEPI) təmsil edən ekspertlərin mühazirələri dinlənilib. Həmçinin 6 nəfər azərbaycanlı mütəxəssis iki qrupda startaplar üçün biznes modelin inkişaf etdirilməsinə dair layihələrini təqdim edib. Layihələr koreyalı mütəxəssislər tərəfindən müsbət dəyərləndirilib.

İkigünlük təlimlərin sonunda iştirakçılara sertifikat verilib. Azərbaycanlı mütəxəssislər layihənin icrası, nəticələri və gələcək əməkdaşlıqla bağlı videomüsahibələr veriblər.

Həmçinin koreyalı tərəfdaşlara Yüksək Texnologiyalar Parkının bazasında yaradılacaq SABAH.city innovasiya klasteri haqqında məlumat verilib, Koreyanın müvafiq təşkilatları ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanlı startap mütəxəssisləri xarici texnologiya startap nümunələrinin öyrənilməsi məqsədilə İnçon şəhərində yerləşən “Habsida” şirkətinə gedərək baş icraçı direktor Vladi Mun ilə görüşüblər. Həmçinin Koreyanın “I-Corp” proqramı üzrə uğurlu təcrübələrin öyrənilməsi məqsədilə “Kakao Mobility” şirkətinin rəhbəri İnsil Baekin təqdimatı dinlənilib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənovla görüşüb. Görüş zamanı Azərbaycanda innovasiya ekosisiteminin cari vəziyyəti, startapların inkişafı ilə məsələlər müzakirə olunub. Ramin Həsənov bu istiqamətlərdə səfirliyin lazımi kömək göstərməsinə, o cümlədən Koreyanın müvafiq təşkilatları ilə əlaqələndirmənin təşkilinə hazır olduğunu ifadə edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

19-03-2024

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

YTP-nin təşkilatçılığı ilə “Bilik laboratoriyası” formatında növbəti onlayn tədbir keçirilib

30-08-2022

YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

29-09-2022

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022

"YTP" ilə "DeltaTech" arasında memorandum imzalanıb

28-10-2024

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

YTP-ın istismar proqramı ilə bağlı forum keçiriləcək

24-10-2022

"İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinə dair ilk onlayn görüş olub

29-03-2022

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022

MTİ ilə Yüksək Texnologiyalar Parkı arasında razılıq əldə olunub

13-08-2018

Azərbaycan Koreyanın CIAT proqramında təmsil olunur

08-08-2019

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021

Nazir Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

11-04-2022

Koreyalı mütəxəssislər ölkəmizin İKT sektorunu yüksək qiymətləndirib

24-09-2016

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019

Dövlət Agentliyinin sədr müavini Koreyada səfərdədir

04-10-2019

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə