Previous Next
Bağla

AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

30-07-2022 10:26
AMEA YTP İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyəyə səfər çərçivəsində İstanbul şəhərində yerləşən ən qabaqcıl texnoparklarda olublar.

Xeberler.az bildirir ki, İstanbul Texnik Universiteti Texnoparkının Baş direktoru, professor Atilla Dikbaş, Özyegin Universitetinin Bilik, Texnologiyaların Transferi və Sahibkarlıq Departamentinin rəhbəri İsmayıl Ari, Bilişim Vadisinin Dizayn Mərkəzinin direktoru Pinar Sipahi, İstanbul Koç Universitetinin Texnologiyaların Transferi Mərkəzinin direktoru Ebru Tan və Yıldız Teknik Universitetinin Beynəlxalq və İnvestisiya Əlaqələri Departamentinin direktoru Baran Kılıçer ilə keçirilən görüşlərdə adı çəkilən qurumların fəaliyyətləri ilə bağlı təqdimatlar dinlənilib, müzakirələr aparılıb və əməkdaşlığa dair təkliflər səsləndirilib.

Həmçinin AMEA Yüksək Texnologiyalar Parkının inkişaf etdirilməsi, Azərbaycanda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, Texnologiyaların Transferi Mərkəzlərinin əhəmiyyəti, İnkubasiya Mərkəzləri vasitəsilə ideyadan sahibkarlığa doğru irəliləməyin yollarına dair tövsiyyələr verilib.

Görüşlər zamanı Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində Türkiyənin aidiyyəti qurumlarının hər zaman birgə əməkdaşlığa hazır olduğu bildirilib. Nəticə olaraq YTP-nin İnkubasiya və Texnologiyaların transferi Mərkəzinin fəaliyyətini gücləndirmək məqsədilə müxtəlif proqramlar vasitəsilə ideyası olan şəxslərin fərdi və qrup halında bu Mərkəz vasitəsiylə öz texnologiyalarını sənayeyə transfer etmələri, eləcə də sahibkarlğa dair mentorluq xidmətləri və digər təlimlərin verilməsi, əqli mülkiyyətlərin qorunması prosesi, Avropa Birliyi layihələrində birgə iştirak, prototip emalatxanasının qurulması və digər istiqamətlərdə Türkiyənin adı çəkilən qurumları tərəfindən dəstəyinin verilməsinə dair razılıq əldə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

AMEA YTP və Kapadokiya Texnoparkı arasında əməkdaşlıq protokolu imzalanıb

22-07-2022
Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

Texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsi öyrənilir

31-05-2023
Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023
YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

YTP-nin istismar proqramı, tətbiq və bacarıqların artırılması layihəsi çərçivəsində Koreyada təlim keçirilib

02-09-2024
AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024
Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı

20-11-2017
AMEA YTP fəaliyyətini genişləndirir

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017
YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

YTP və STEPI-nın birgə layihəsi çərçivəsində onlayn mühazirə dinlənilib

29-09-2022
"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

31-08-2024
AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

AMEA Türkiyə texnoparkı ilə müqavilə imzaladı

18-02-2016
Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023
Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023
Azərbaycanın innovasiya ekosistemində yenilik

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
İnnovasiyalar Agentliyi ilə Çexiya universiteti arasında razılıq əldə olunub

İnnovasiyalar Agentliyi ilə Çexiya universiteti arasında razılıq əldə olunub

01-10-2021
AzTU-nun rektoru Türkiyədə səfərdə olub

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023
“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025
AMEA YTP-da hərbi  layihələr üçün laboratoriya yaradılıb

AMEA YTP-da hərbi layihələr üçün laboratoriya yaradılıb

25-04-2017
AMEA-da Elm və Texnologiya Parkı yaradılır

AMEA-da Elm və Texnologiya Parkı yaradılır

27-01-2016
"İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinə dair ilk onlayn görüş olub

"İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsinə dair ilk onlayn görüş olub

29-03-2022
İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

İqtisadi islahatlarda İT-nin rolu müzakirə edilib

16-06-2017
Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

Xarici texnopark Azərbaycanla əməkdaşlıq edəcək

04-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə