“TikTok” sosial şəbəkəsinin rəhbərliyi yanvarın 19-da mobil tətbiqin ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır.
Xeberler.az məlumat verir ki, “The Information” portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, tətbiqin fəaliyyətinin dayandırılmasının qarşısını yalnız Ali Məhkəmənin müdaxiləsi ilə almaq olar.
Qeyd edək ki, 2024-cü ildə qəbul edilən qanuna əsasən, Çinin “ByteDance” kompaniyası ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dakı fəaliyyətini dayandırmalı idi.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın sonlarında hakimlərdən sosial şəbəkə barəsində qanunun müddəalarını dayandırmağı xahiş edib. O, 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində sosial şəbəkənin gənc istifadəçilərinin səslərinin qələbəsinə verdiyi töhfəyə görə platformaya “isti” yanaşdığını deyib. Təzad isə ondan ibarətdir ki, 2020-ci ildə “ByteDance” kompaniyasını “TikTok” şəbəkəsini satmağa məcbur etmək üçün ilk cəhd məhz Donald Tramp tərəfindən həyata keçirib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri