Süni intellekt şirkəti “Perplexity AI” “TikTok” üçün yeni birləşmə təklifi ilə çıxış edib. Bu da “NewCo” holdinqinin yaradılmasını nəzərdə tutur.
Xeberler.az bildirir ki, bu barədə “CNBC” məlumat yayıb.
“Perplexity AI” artıq həm “TikTok”un çinli sahibi “ByteDance” şirkətinə, həm də potensial investorlara yeni şərtlər göndərib.
Təklif “NewCo” adlı yeni holdinqin yaradılması ilə yanaşı, ABŞ hökumətinə platformanın 50%-nə sahib olmağa imkan verəcək.
“Perplexity AI” ilk dəfə yanvarın 19-da “TikTok”u əldə etmək istəyini açıqlayıb. İlkin təklif “TikTok” səhmdarlarına paylarını saxlamağa və Kaliforniyada yerləşən “Perplexity AI”yə xidmətin videolarına giriş imkanı verəcəkdi. İndi isə “TikTok” səhmdarlarının yeni holdinqin səhmlərini ala biləcəyi gözlənilir.
ABŞ prezidenti Donald Tramp “TikTok”un ölkədəki taleyi ilə bağlı yaxın 30 gün ərzində qərar vermək niyyətində olduğunu bildirib. Amerika lideri həmçinin “TikTok”un alınmasını çox nüfuzlu insanlarla müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu sosial şəbəkənin amerikalı istifadəçilər üçün qorunub saxlanması iqtisadi baxımdan ABŞ üçün faydalı olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri