İnsan enerjisi ilə işləyən batareyalar kəşf edildi

25-12-2009 / 18:40

Texnologiyanın sürətlə inkişaf etdiyi əsrdə insanlar nələr etmir. İndi də insan enerjisindən istifadə edəcəklər.

Belçikada alimlər insan bədəninin daxili tarazlığını təmin etmək üçün yaydığı istilik enerjisindən elektrik enerjisi çıxardan bir cihaz yaradıblar. Bu cihazın köməyilə elektronik əşyaları şarj etmək üçün güc qaynağına ehtiyac qalmayacaq.

Cihazı Belçikada olan Üniversitetlərarası Mikroelektronik Mərkəzində işləyən Vladimir Leonov və Ruud Vullers adlı alimlər ixtira ediblər. Cihaz bədəndən yayılan istiliyi elektrik enerjisinə çevirir. Bununla da MP3 çalar və ya mobil telefonları şarj etmək üçün əlavə qaynağa ehtiyac yaranmır.

Cihaz insanın alın qisminə bağlanan bir bant şəklindədir.Bu model küçədə istifadə etmək üçün çox uyğun deyil. Cihaz insan bədəninin daxili tarazlığını təmin etmək üçün çölə verdiyi istiliyi alaraq, elektrik enerjisinə çevirir. Bu enerji çevrilməsi əməliyyatını termopil adı verilən kiçik elektronik hüceyrələr reallaşdırır.

Vullers və Leonov inkişaf etdirdikləri cihazın köynək və qol saatı şəklində olanlarını da hazırlayıblar. Ancaq bunlar alın bantından daha az elektrik enerjisi çıxarda bilir.

Burası da var ki, insan bədəninin yaydığı istilik enerjisi çox məhsuldar bir enerji deyil. Ona görə, bundan çıxarılan elektrik enerjisi də çox yüksək səviyyələrdə olmur. İnkişaf etdirilən bu yeni cihaz ilə şarj ola biləcək elektronik alətlərin çox aşağı gərginliklərdə çalışması lazımdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə