Toshiba rekordu təzələdi

25-09-2008 / 16:38
Toshiba kiçik həcmli yeni sərt disk təqdim edib. Şirkət 1,8 düymlük form-faktorla daha əvvəl əldə etdiyi nailliyətləri geridə qoyaraq, dünya rekordunu təzələyir. 250GB MKxx29GSG adlı disk şpindelinin fırlanması dəqiqədə 5400 dövrdür. Əvvəlki disk isə 240 Gb həcmli idi və  PATA interfeysini istifadə edirdi. Pleyer və ona oxşar texnikalar üçün əlverişli idi.
Yeni disk isə 250 Gb-la, SATA interfeysi ilə işləyir. Saniyədə 3Gbit sürətlə və super yüngül, super nazik (qalınlığı 8 mm) noutbuklarda istifadə olunur. Məlumatların yüksək sürətlə ötürülməsi və nisbətən aşağı qiymətlə SSD-nin alternativi ola bilər. Kütləvi satışı noyabrda gözlənilir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə