Kabelsiz şarj edilə bilən dizistü kompüter

30-09-2009 / 16:04

Dünyanın məşhur kompüter istehsalçısı olan Dell yeni kompüteri Latitude Z-ni satışa çıxaracaq. Daha çox iş məqsədi ilə istifadə üçün hazırlanmış olan məhsul İntelin aşağı güc istehlak edən 1,6 GHz-lik Core 2 Duo ardıcıllığı prosessorlarını istifadə edəcək.

Dizistü kompüter Dell-in təqdim etdiyi Latitude ON adlı texnologiya ilə özündə bir ədəd də ARM əsaslı prosessor saxlayır. Nəticədə Linux əməliyyat sistemi istifadə etdiyiniz zaman batareya ömürünü uzatmaq üçün bu prosessoru istifadə edir.

Məhsulda 4 GB-lıq yaddaşı da var. Lattidue Z-ni dünyada fərqləndirən cəhət kabelsiz şarj edilə bilməsidir. Kabelsiz şarj texnologiyasının özünə yer tapmağa çalışdığı bir vaxtda Dell Latitude Z ilə yenilik yaratdı. Ancaq Kabelsiz şarjı təmin etmək üçün üçün əlavə 200 $ ödəmək lazımdır. 2 kq ağırlığındakı Latitude Z-nin xaricdəki bazara çıxış qiyməti 2000 $ olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə