Previous Next
Bağla

TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

02-12-2015 22:15
TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

SAT imtahanı haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında əldə etmək olar.

 

Xeberler.az

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə