Previous Next
Bağla

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-12-2025 13:51
Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 6-da rəqəmsal SAT imtahanı təşkil ediləcək.

Xeberler.az məlumat verir ki, imtahanlar Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC56582) ünvanlarında eyni vaxtda keçiriləcək. İmtahan verəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:

-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

-Buraxılış vərəqəsi – Admission Ticket;

-“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.

Dekabrın 6-da SAT imtahanı verəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal SAT imtahanı keçiriləcək

09-09-2025

Rəqəmsal SAT imtahanı keçiriləcək

28-04-2026

Növbəti rəqəmsal SAT imtahanı təşkil olunacaq

01-10-2025

Növbəti SAT imtahanı keçiriləcək

05-11-2025

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

29-10-2024

Rəqəmsal SAT imtahanı keçiriləcək

07-03-2023

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024

SAT imtahanına qeydiyyat davam edir

19-05-2025

TQDK dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək

02-12-2015

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017

Qəbul imtahanları başlayır

06-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə