Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək.
Xeberler.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM imtahan verəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələrini və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmalarını xahiş edir.
İmtahanın keçiriləcəyi ünvanlar:
-Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
-Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıda qeyd olunan sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
İmtahanla bağlı ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri