Previous Next
Bağla

Tramp “TikTok”un satışına dair sərəncam imzalayıb

26-09-2025 10:04
Tramp “TikTok”un satışına dair sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü imzaladığı sərəncamla Çin şirkəti “TikTok”un ABŞ-dakı əməliyyatlarını Amerika və beynəlxalq investorlara satmaq planının 2024-cü il qanunu çərçivəsində milli təhlükəsizlik tələblərinə cavab verəcəyini bəyan edib.

Xeberler.az Reutersə istinadən məlumat verir ki, vitse-prezident Cey Di Vens yeni Amerika şirkətinin təqribən 14 milyard dollar dəyərində qiymətləndiriləcəyini və bu məbləğin bəzi analitiklərin hesablamalarından xeyli aşağı olacağını bildirib.

Cümə axşamı Donald Tramp “TikTok”un Amerika aktivlərini qlobal platformadan ayırmaq, amerikalı və digər investorları cəlb etmək və Çin hökumətinin təsdiqini almaq səyləri fonunda çinli sahiblərin onu satmayacağı təqdirdə bu tətbiqi qadağan edən qanunun icrasını yanvarın 20-dək təxirə salıb.

Sərəncamın imzalanması göstərir ki, Tramp “TikTok”un Amerika aktivlərini satmaqda irəliləyiş əldə edir, lakin Amerika qurumunun bu sosial şəbəkənin ən vacib aktivindən – onun tövsiyə alqoritmindən necə istifadə edəcəyi də daxil olmaqla, çoxsaylı təfərrüat hələ aydınlaşdırılmalıdır. ABŞ Prezidentinin sərəncamında deyilir ki, alqoritm Amerika təhlükəsizlik şirkətinin tərəfdaşları tərəfindən yenidən hazırlanacaq və ona nəzarət ediləcək. Bundan başqa, alqoritmin işinə yeni birgə müəssisə nəzarət edəcək.

Donald Tramp bildirib ki, Çinin Sədri Si Cinpin bu planları təsdiqləyib. “Mən prezident Cinpin ilə danışdım. Yaxşı söhbətimiz oldu, ona planlarımızdan bəhs etdim, o da “ irəli gedək” dedi”, -dəyə ABŞ Prezidenti əlavə edib.

ABŞ Prezidenti qeyd edib ki, Birləşmiş Ştatlarda 170 milyon istifadəçisi olan “TikTok” keçən il ona yenidən seçilməkdə kömək edib. Onun şəxsi “TikTok” hesabında 15 milyon izləyici var. Ağ Ev də keçən ay rəsmi “TikTok” hesabını istifadəyə verib. “Bütün bunlar tamamilə amerikalılar tərəfindən idarə olunacaq”, -deyə o vurğulayıb.

“TikTok”un çinli ana şirkəti “ByteDance” öz əməkdaşları tərəfindən səhmlərin satın alınması üzrə yeni planına əsasən, hazırda özünü 330 milyard dollardan çox qiymətləndirir. Şirkətin özünün ümumi gəlirdə payı da azdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tramp TikTok qadağasını yenidən təxirə salıb

08-05-2025

Tramp: “TikTok”u almaq istəyən ABŞ alıcılarının siyahısı var

22-08-2025

Tramp TikTok-un ABŞ aktivlərinin satış müddətini yenidən uzadır

19-06-2025

"TikTok" ABŞ-dəki biznesini satmaq üçün müqavilə imzalayıb

19-12-2025

"Amazon" "TikTok"u almaq istəyir

03-04-2025

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

16-01-2025

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətindədir

20-02-2025

Donald Tramp "TikTok"un bloklanmasını təxirə salıb

17-09-2025

Tramp: “Microsoft” “TikTok”u almaqda maraqlıdır

28-01-2025

Tramp “TikTok”un bloklanmasının təxirə salınacağını düşünür

07-03-2025

Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər

14-01-2025

Tramp: ABŞ TikTok-un yarısına sahib olmaq hüququna malik olmalıdır

21-01-2025

ABŞ-da “TikTok”un bloklanması 75 günlük təxirə salınıb

21-01-2025

Trump “TikTok”u ABŞ-da saxlamaq istəyir

29-05-2025

Tramp: “TikTok üçün alıcımız var”

30-06-2025

“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər

27-01-2025

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

16-09-2025

“ByteDance” “TikTok”u Amerikaya satmaq niyyətində deyil

08-07-2025

"TikTok”-un ABŞ-da fəaliyyətinin dayandırılması 90 gün uzadılıb

19-06-2025

Tramp “TikTok”la bağlı razılaşmanın əldə olunduğunu təsdiqləyib

20-09-2025

Donald Tramp TikTokla bağlı yekun təklifi nəzərdən keçirəcək

02-04-2025

Tramp ABŞ-da “TikTok”a dəstək olacağına söz verib

05-09-2024

“TikTok” ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır

15-01-2025

ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb

05-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə