ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Starlink” hərbi peyk rabitə sisteminə çıxışının bərpa olunduğunu bildirib.
Xeberler.az məlumat verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən “SpaceX” şirkətinin təsisçisi İlon Maskla münasibətlərinin yaxşı olduğunu qeyd edib.
ABŞ lideri Ukraynada “Starlink” sisteminin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Maskla əlaqə saxladığı barədə xəbərləri şərh etmək istəməyib. O, bununla belə, sistemə çıxışın bərpa olunduğunu vurğulayıb.
“The Wall Street Journal” qəzeti daha əvvəl mənbələrə istinadla Trampın Maskdan Ukraynanın peyk rabitə sisteminə çıxışını bərpa etməsini istədiyini yazıb. Nəşrin məlumatına görə, sistemlər tərəflər arasında söhbətdən qısa müddət sonra fəaliyyətə başlasa da, rabitənin sürəti tam bərpa olunmayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları