Previous Next
Bağla

ABŞ “SpaceX” ilə müqavilələrinin əksəriyyətini qüvvədə saxlayacaq

20-07-2025 10:53
ABŞ “SpaceX” ilə müqavilələrinin əksəriyyətini qüvvədə saxlayacaq

ABŞ prezidenti Donald Tramp administrasiyası iş adamı İlon Maska məxsus “SpaceX” şirkəti ilə bağlanan dövlət müqavilələrinə baxıb və belə nəticəyə gəlib ki, müqavilələr Pentaqon və NASA üçün həddindən artıq əhəmiyyət kəsb etdiyinə görə onların əksəriyyətindən imtina etmək mümkün deyil.

Xeberler.az bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Yoxlamalar dövlət xidmətini tərk edən Maskın iyunun 5-də sosial şəbəkələr vasitəsilə Trampla səs-küylü ictimai qarşıdurmasından bir neçə gün sonra başlayıb. Əsas məqsəd “SpaceX” ilə çox milyardlıq müqavilələr bağlayarkən vəsaitlərin səmərəsiz xərclənməsi hallarını müəyyən etmək olub.

Bundan əlavə, ABŞ administrasiyası “SpaceX” ilə rəqabət aparan şirkətlərin eyni vəzifələri daha effektiv yerinə yetirə biləcəyini anlamaq istəyib.

Təhlillərin nəticələrinə əsasən rəsmilər belə qənaətə gəliblər ki, “SpaceX” raket buraxılışı və peyk internet xidmətlərinin göstərilməsi sahəsində əsas şirkətlərdən biridir. Şirkətlə müqavilələr Müdafiə Nazirliyinin və NASA-nın fəaliyyəti üçün zəruri hesab edilib.

Bununla belə, hakimiyyət orqanları gələcəkdə bəzi dövlət müqavilələrini daha ətraflı öyrənməyi planlaşdırır.

“The Wall Street Journal” qeyd edir ki, təkcə bu ilin aprelində Pentaqon milli təhlükəsizlik maraqlarına uyğun olaraq “SpaceX” ilə kosmosa 5,9 milyard dollarlıq müqavilə imzalayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SpaceX” “Qızıl qübbə” layihəsi üçün 2 milyard dollar alacaq

31-10-2025

Mask tviteri almaq üçün borc götürüb

06-09-2023

“SpaceX” kosmik şirkəti Pentaqonun əsas raket buraxılışı tərəfdaşı olub

10-04-2025

Pentaqon “SpaceX” ilə müqavilələr imzalayıb

07-12-2024

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır

09-02-2026

"SpaceX" "Falcon 9"un uçuşlarını dayandırıb

04-02-2026

Tramp “The Wall Street Journal”ı ittiham edib

21-07-2025

"Google" və "SpaceX" orbital data mərkəzləri yarada bilər

13-05-2026

“SpaceX” “Dragon” gəmilərini istismardan çıxaracaq

06-06-2025

ABŞ-ın məxfi peyki də yoxa çıxdı-İddia

10-01-2018

“SpaceX”in gəlirlərinin 15,5 milyard dollar olacağı proqnozlaşdırılır

04-06-2025

İlon Mask orbitə raket əleyhinə müdafiə peyki çıxarmağı təklif edib

19-04-2025

"SpaceX" "EchoStar"ın tezliklərini alacaq

07-11-2025

"SpaceX" "Starship"in yeni sınaq uçuşunu planlaşdırır

30-09-2025

Tramp prezident seçilərsə İlon Maska vəzifə verəcək

20-08-2024

"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır

21-05-2026

“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək peyklər buraxıb

07-01-2024

SpaceX "Pentaqon"a 2,29 milyard dollarlıq peyk şəbəkəsi quracaq

27-05-2026

“SpaceX” Türkiyə peykini kosmosa göndərib

08-01-2021

“SpaceX”in bazar dəyəri 400 milyard dollara çatıb

16-07-2025

“SpaceX”in kosmik gəmisi fəzada partlayıb

07-03-2025

"SpaceX" "Falcon 9" raketini buraxıb

10-12-2025

ABŞ Elon Musk-ın bu ideyasını da rəsmən təsdiqlədi

31-03-2018

Maskın şirkətləri ilə hökumət müqavilələrinin auditi aparılacaq

07-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə