“Trendyol”a qarşı araşdırma başlayıb

13-06-2022 / 21:02

Türkiyənin Rəqabət Təşkilatı tərəfindən "Trendyol" və "Dolap" şirkətlərinin sahibi DSM Grupa qarşı qanun pozuntusu etdiyinə görə araşdırma başlayıb.

Xeberler.az bildirir ki, ikinci əl məhsulların onlayn satışına vasitəçilik edən platforma xidmətləri bazarında fəaliyyət göstərən DSM Grup, “Dolap” platformasında istehlakçı məlumatlarını paylaşmaqda, satıcılar tərəfindən istifadə edilən məlumatların rəqib platformalara ötürülməsində və ikinci əl məhsulların onlayn satışına vasitəçilik edən platforma xidmətlərinin bazardakı istisna tətbiqlərinin, “Rəqabət müdafiəsi haqqında” qanunun pozulmasını iddia edilərək aparılan ibtidai araşdırma sona çatıb.

Rəqabət Şurası ilkin araşdırma zamanı əldə edilmiş məlumat, sənədlər və nəticələri müzakirə edərək aşkarlananları ciddi və yetərli hesab edib. Bununla da şirkət barədə istintaq başladıb. (Apa)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə