Previous Next
Bağla

Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

20-12-2021 16:42
Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı keçirilir.

Xeberler.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov tədbirlə bağlı bildirib ki, cari ilin 12 noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirilib: "Həmin toplantı çox vacib qərarlarla yadda qalıb, imzalanmış "Türkdilli Dövlətlər vizyon 2040" sənədində kosmos sahəsində əməkdaşlıqla bağlı bəndlər də yer alıb. İmzalanmış sənəd türkdilli dövlətlərin bu sahəyə verdiyi dəstəyini ifadə edir. Bu gün Bakıda birinci dəfə türkdilli dövlətlərin kosmik agentliklərinin və kosmos ictimaiyyətinin rəhbər şəxslərinin iştirakı ilə toplantı baş tutur. Bu toplantıda əsas məqsəd türkdilli dövlətlərin kosmos sahəsində milli proqramları ilə daha yaxından tanış olmaq və bir-birimizin planlanlarını, çətinliklərini daha yaxından öyrənmək, əməkdaşlıq imkanlarını müəyyən etməkdir. İnanırıq ki, bu əməkdaşlıq nəticəsində türkdilli dövlətlərin kosmik agentlikləri birgə faydalı əməkdaşlıq edə biləcəklər və bu ölkələrdə yaşayan xalqlar kosmos və kosmik texnologiyaların faydalarından gələcək illərdə yüksək səviyyədə bəhrələnəcəklər".

Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin sədri Sərdar Hüseyn Yıldırım bildirib ki, kosmik sahə bütün dünyada çox önəm ifadə etməyə başlayıb: "Bütün dünyada hər gün, hər həftə bu sahədə yeni hadisələr, yeniliklər qeydə alınır. Hər kəs kosmosa çıxmağa can atır, bu istiqamətdə işlərini inkişaf etdirirlər. Bu il Türkiyənin Milli Kosmos Proqramı açıqlanıb. Bu proqrama uyğun olaraq biz dost və qardaş ölkələrlə əməkdaşlığı genişləndiririk. Bu ölkələrin başında da Azərbaycan dayanır. Artıq Azərbaycanla əməkdaşlıq protokolu imzalamışdıq. Bu protokol bizim bir sıra məsələlərdə birgə əməkdaşlığımızı əhatə edir. Lakin bugünkü toplantımız tarixi bir addımdır. Çünki yeddi ölkədən ibarət olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvləri iştirak edirlər. Bu gün bu ölkələrlə kosmos sahədə əməkdaşlığın ilk addımlarını atırıq".

Onun sözlərinə görə, peyk platformaların istehsalında və digər kosmik sahələrdə əməkdaşlıq etmək lazımdır: "Bunun bir çox faydası var. Hər ölkənin tək başına fəaliyyəti həm bahalıdır, həm də əksik tərəflərini tamamlaması çətindi. Lakin birgə əməkdaşlıqla, yeddi dövlətin kosmosda daha güclü şəkildə var ola biləcəyinə inanırıq. Lakin məqsədimiz sülh xarakteri daşıyır, heç kimlə rəqabət aparmırıq. Birgə əməkdaşlıqla kosmosu daha yaxşı kəşf etmək istəyirik".

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb. Sədri Bağdad Əmrəyev olan qurumun 5 üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və 2 müşahidəçisi (Macarıstan, Türkmənistan) var.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021
Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025
Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019
Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023
Nar Türkdilli  Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

Nar Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu

28-01-2019
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016
NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

09-02-2023
“İnkişaf üçün İKT” konfransı başa çatdı

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015
“Azərkosmos” və “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

“Azərkosmos” və “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

25-04-2025
Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023
Saməddin Əsədov: "Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var"

Saməddin Əsədov: "Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var"

11-05-2023
Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

Mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçiriləcək

11-04-2025
Floridada NASA ilə Rusiyanın kosmik agentliyi arasında danışıqlar aparılıb

Floridada NASA ilə Rusiyanın kosmik agentliyi arasında danışıqlar aparılıb

01-08-2025
Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019
Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025
Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025
Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb   

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022
“Yeni kanal  informasiya sahəsində inhisara müqavimət göstərəcək”

“Yeni kanal informasiya sahəsində inhisara müqavimət göstərəcək”

19-08-2015
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə