Previous Next
Bağla

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021 23:09
Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan
Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısı keçirilib. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iştirakı ilə baş tutan toplantıda əsas məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.

Xeberler.az bildirir ki, toplantıda Türkiyənin Kosmik Agentliyi, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsi, Özbəkistanın Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi, Türkmənistanın Sənaye və Rabitə Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Kosmik tədqiqatlar şöbəsinin rəsmi nümayəndələri iştirak ediblər.

12 noyabr tarixində İstanbul şəhərində baş tutan türkdilli dövlətlərin əməkdaşlıq şurasının “Zirvə Görüşü”nün nəticəsi olaraq təşkil olunan bu toplantıda “Türk dünyası vizyonu – 2040” sənədinin türk dövlətləri üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Bu sənəddə kosmik sahə üzrə beynəlxaq əməkdaşlıq istiqamətləri də yer alıb. Belə ki, müvafiq agentliklər və qurumlar arasında kosmik sahə üzrə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə qarşılıqlı işgüzar münasibətlərin və kosmik diplomatiyanın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində qarşılıqlı formada bilik və bacarıqların artırılması xüsusi qeyd olunub.

Eyni zamanda qonaqlara son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” və Yerin müşahidəsi peyki “Azersky”, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən irihəcmli layihələr və yeni imkanlardan bəhs edilib.

Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib və görüş vasitəsilə türk dövlətlərinin kosmik ictimaiyyəti Bakıda keçiriləcək konqresə dəvət olunub.

Daha sonra toplantı çərçivəsində dünyanın kosmik sahəsinin dinamik inkişafı fonunda türk ölkələrində bu sahənin inkişafı, birgə fəaliyyətin gücləndirilməsi, türk kosmik agentlikləri ilə təcrübə mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə edilib.

Toplantı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin aktiv çıxışları və diskussiyaları ilə davam edib. Tədbirin sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə kosmik sahə üzrə birgə əməkdaşlığın inkişafına dair rəsmi sənəd imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

15-06-2021

Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

20-12-2021

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Azərkosmosda olublar

18-08-2022

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub

06-09-2023

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

11-05-2023

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə