İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) və “Azexport.az” portalının ortaq ideyası olan “TurkicExport” portalı layihəsi Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinə təqdim olunub. Xeberler.az bu barədə İİTKM-ya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı TDAM-ın rəhbəri Ayhan Satıcı, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, TDT Katibliyinin layihə direktoru, Qazaxıstandan “Astana Hub”ın nümayəndəsi və “Metaverse” Təhsil və Sağlamlıq Mərkəzinin nümayəndə heyəti videoformatda görüş keçiriblər.
Görüşdə bu ideya ilə bağlı İİTKM-in kifayət qədər təcrübəyə malik olduğu diqqətə çatdırılıb və portalın hazırlanması istiqamətində ilkin müzakirələr aparılıb. Bildirilib ki, “TurkicExport” portalının hazırlanması TDT-nin regiondakı dinamik rolunu nəzərə alaraq ticarətin və investisiyaların təşviq olunmasına xidmət edəcək. Bu çərçivədə “Azexport.az” portalının uğurlu nümunəsi və portal çərçivəsində qlobal çağırışlara uyğun olaraq “Metaverse” kimi innovativ həllərin tətbiq olunması iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edilib ki, xüsusilə də “Azexport.az” portalının beynəlxalq elektron ticarət platformaları vasitəsilə “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi və ölkədə elektron ticarətin inkişafı istiqamətində həyata keçirdiyi layihələr türk dünyasında ticarət və investisiyanın təşviq edilməsi üçün müvafiq addımların atılmasına stimul ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri