Türkiyədə 10-cu “TEKNOFEST” festivalına start verilib

02-10-2024 / 14:28

Oktyabrın 2-də Adana şəhərində Türkiyənin ən böyük aviasiya, astronavtika və texnologiya festivalı “TEKNOFEST-2024”ə start verilib.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Türkiyə Texnologiya Komandası Vəqfi (T3) tərəfindən hər il təşkil olunan bu tədbir onuncu dəfədir ki, keçirilir.

2022-ci ilin may ayında Azərbaycan qardaş Türkiyə ilə dostluq və strateji müttəfiqliyə sadiqliyini bir daha nümayiş etdirərək “TEKNOFEST” festivalına ev sahibliyi edən ilk xarici ölkə oldu.

2018-ci ildə ilk “TEKNOFEST” festivalının proqramına 20 min gənc Türkiyə vətəndaşının iştirakı ilə 14 yarış daxil idisə, bu il ümumi iştirakçı sayı 1 milyon 650 min nəfər olan 790 min komanda 50 yarış kateqoriyasında qələbə uğrunda mübarizə aparır.

Maraqlananlar “zaman tunelinə” və “rəqəmsal kainat zonasına” baş çəkə və uçuş simulyatorunun idarəetmə sükanı arxasında əyləşə bilərlər.

“Türk Ulduzları” və “SOLOTÜRK” pilotaj qrupları ilə yanaşı, Adana sakinləri və festivalın qonaqları “Akıncı”, “Aksunqur”, “Anka” və “Bayraktar TB2” PUA-ların, eləcə də yerli “Hürkuş” təyyarələrinin uçuşlarına şahidlik edəcəklər. “Atak” hücum helikopterinin pilotları da bacarıqlarını nümayiş etdirəcəklər.

İştirakçılar “Bayraktar-TB3” və “ANKA III”” PUA-larının ilk uçuşlarının şahidi olacaqlar.

Adana sakinləri və qonaqlar üçün yerli pilotsuz hərbi təyyarə “Kızılelma” və Türkiyənin “Gökbey” helikopteri də nümayiş etdirilir.

Gözlənildiyi kimi, oktyabrın 4-də Prezident Rəcəb Tayyib Ərdoğan Adanada “TEKNOFEST-2024” festivalının keçirildiyi ərazini ziyarət edəcək.

Keçən il Türkiyənin 3 ən böyük şəhərində - İstanbul, Ankara və İzmirdə növbə ilə təşkil edilən festivala ümumilikdə 4,5 milyon insan qatılıb. Hazırkı tədbirin təşkilatçıları yeni rekord göstərici qeydə alınacağını proqnozlaşdırırlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə