Twitter-ə yeni funksiya əlavə edildi

04-05-2016 / 13:31

Twitter-ə yeni funksiya gəlib.

Xeberler.az-ın məlumatına görə, Connect ,yəni  “Bağlan” düyməsini tanıdan Twitter istifadəçilərin izləmək istədikləri hesabları təklif edənləri ayrı pəncərədə göstərəcək.

Yəni, əvvələr əgər sizə  izləmək üçün təklif edilən hesablar ümumi məlumatlar siyahısında gəlirdisə, indi belə təkliflər üçün ayrıca pəncərə olacaq.

Hesabınızda sol tərəfdə, üst hissəyə əlavə edilən düymənin altında gizlənən pəncərədə Twitter sizə yeni hesab təkliflərini onlar haqda ətraflı məlumatlarla gətirir.

Belə ki, həmin şəxslər bəyəndikləriniz tvitlər, izlədiyiniz səhifələr və digər fəaliyyətlərinizə görə sizinlə uyğunlaşdırılır. Beləliklə, sizə təklif edilən hesablar barədə daha ətraflı məlumat ala biləksiniz. Artıq həmin hesabları izləyib- izləməməyə rahatlıqla qərar verə bilirsiniz.

Bu gündən yeni xidmət bütün iOS və Android istifadəçilərinə təqdim edilib.

Həmçinin platformanın veb saytı da yenilənib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə