Twitter mesajlarında mavi işarə dönəmi başladı- Yenilik

09-09-2016 / 13:33

Twitter direct- birbaşa  mesajlar (DM) servisinə yeni funksiyalar əlavə edib.

Xeberler.az şirkətə istinadən məlumat verir ki,  Twitter mesajlarda "oxundu" məlumatını qarşı tərəfə göstərməyə başladı.

Bununla da Twitter WhatsApp-ın 2014 sonunda əlavə etdiyini bənzər şəkildə mavi nəzarət işarəsiylə qarşı tərəfin mesajınızı gördüyünü bildirir.

Twitter DM-də “oxundu” məlumatları bu gün etibarilə iOS və Android tətbiqlərində  istifadəyə təqdim edib.

Bu xidmət Twitter.com-da aktivləşəcək.

İstəsəniz, Twitter DM-də “ oxundu“ funksiyasını “Ayarlar” dan “Gizlilik” hissəsindən tənzimləyə, bu xüsusiyyəti deaktiv edə bilərsiniz.

Bu xidmət eyni ilə WhatsApp-dakı kimidir. Siz bu funksiyanı deaktiv edəndə ”oxundu” məlumatı görünmədiyi kimi, qarşı tərfdən də bu məlumatı ala bilməyəcəksiniz.

Twitterin DM üçün gətirdiyi bir başqa yenilik isə iMessage-dəkinə  bənzər şəkildə “yazır” məlumatının ötürülməsidir. Belə ki, qarşı tərəf sizə mesaj yazarkən ekranda meydana çıxan üç nöqtə Twitter-də anlıq mesajlaşmanı daha dinamik hala gətirə bilər.

Budan başaqa, Twitter ilə etdiyiniz zəngin əlaqələrin ön izləmələri də DM-ə əlavə olunur. 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə