İnstaqramın Yaxın dostlar funksiyası Tvitterə tətbiq olunub

29-05-2022 / 21:09

Sosial media platformaları bir-birinin xüsusiyyətlərini kopyalamağı sevirlər. Meta tətbiqlərində (Feysbuk, İnstaqram və Votsap) gördüyümüz kopyalama artıq Tvitter tərəfindən də tətbiq edilib.

Xeberler.az məlumat verir ki, platforma “Twitter Circle” adlı funksiya ilə tvitlərinizi görəcək istifadəçiləri seçə bilmək imkanı verir.

İlk dəfə mayın əvvəlində ortaya çıxan “Twitter Circle”, hamının görməsini istəmədiyiniz (və ya yalnız müəyyən istifadəçilərin görməsini istədiyiniz) tvitlər paylaşmağınıza imkan verir. Bu yenilik İnstaqramın Yaxın Dostlar xüsusiyyətinə bənzəyir. “Twitter Circle” funksiyasını hansı istifadəçilərin istiadə edə biləcəyi hələlik məlum deyil. Funksiyadan istifadə edə biləcəyinizi yoxlamaq üçün Tvitter tətbiqinizi yeniləməlisiniz. Tvitter tətbiqinizi yenilədikdən sonra tvit paylaşma bölməsinə daxil olun. Tvit yazma bölməsinin yuxarı hissəsində siz “Hərkəsə açıq” olaraq seçilmiş açılan menyu görəcəksiniz. Bu menyuya kliklədikdən sonra (əgər funksiya sizin üçün əlçatandırsa) siz “Circle” seçə və sonra tviti görəcək istifadəçiləri təyin edə bilərsiniz. “Twitter Circle” hələ qlobal miqyasda mövcud olmadığı üçün onun imkanları tam məlum deyil. Verilən məlumata görə, sizi izləyib-izləməməsindən asılı olmayaraq, “Circle”a 150-yə qədər istifadəçi əlavə edə bilərsiniz.

Qeyd edək ki, “Twitter Circle”a əlavə etdiyiniz istifadəçilər bunu biləcəklər. Tvitter paylaşdığınız tvitin altında "Yalnız “Twitter Circle” istifadəçiləri bu tviti görə bilər" xəbərini verəcək. “Circle” ilə paylaşılan tvitlər bəyənmə və şərhlərə açıq olsa da, onları retvit etmək olmayacaq.

Fidan Ali


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.