Saytdakı materialların icazəsiz istifadəsinin qarşısını almağı hədəfləyən Twitter yeni proqram yaradıb. Proqram sayəsində oğurluq tvitlərin qarşısı alınacaq və həmin tvitlər silinəcək.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, belə ki, Twitter istifadəçisi başqa bir istifadəçinin paylaşımını oğurladığı təqdirdə proqram bunu müəyyən edəcək və həmin istifadəçinin paylaşdığı tvit açılmayacaq.
İstifadəçiyə müəllif hüquqlarını pozduğu üçün bildiriş göndəriləcək.
Saytda istifadə edilən materialın müəllif hüququnun kimdə olduğunu müəyyən etmək isə mərhələli şəkildə Twitter rəhbərliyi tərəfindən araşdırılacaq.
İstifadəçiləriniə 140 simvol həcmində yazmağa imkan verən Twitter , gələn şikayətləri nəzərə alaraq bu layihəni həyata keçirib. Twitter rəhbərliyi, bunu müəllif hüquqlarını qorumaq üçün həyata keçirəcəyini açıqlayıb.
Twitter rəhbərliyi şikayət olunan istifadəçiyə öz hüquqlarını müdafiə etmək üçün 10 gün vaxt məhdudiyyəti tətbiq edir.
Twitterin yeni siyasətinin daha çox sayt üzərindən yayımlanan video və şəkillərin müəllif hüquqlarını qorumaq üçün həyata keçirildiyi bildirilir.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri