Uber xidmətini Facebook-dan sifariş edə bilərsiniz

17-12-2015 / 12:07

İndi artıq Facebook Messenger vasitəsilə də  Uber sifariş edə bilərsiniz.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Facebook daha bir xidməti istifadəçilərə təqdim etmək üçün Uber ilə  əməkdaşlığa başlayır. 

Belə ki, dünəndən etibarən, istifadəçilər Messengerdən Uber vasitəsilə avtomobil sifariş edə biləcək.

Növbəti yeniləmə ilə Messenger-də , "daha çox" düyməsinin yaradılmasıdır. Belə ki, burada nəqliyyat xidmətindən istifadə üçün müxtəlif imkanlar yerləşdirilib. 

Qeyd edək ki, "Nəqliyyat"  kateqoriyasına daxil olduğu zaman yeni bir səhifə açılır.

İstifadəçi bu bölmədə yerini müəyyənləşdirə, avtomobili sifariş edə, avtomobilin markasını müəyyənləşdirə və sürücü ilə Messencer vasitəsilə əlaqə saxlaya bilər.

Uber belə bir əməkdaşlığı Çinin WeChat messenceri ilə 2014-cü ildə hayata keçirib.

Facebook bu xidməti hələlik ABŞ-da sınaqdan  keçirir.

Şirkət xidmətdən istifadə üçün hər bir müştəriyə ilk səyahətdə 20 dollardan aşağı məbləği ödənişsiz olaraq hesablayır.

 

 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.