Dünyaca məşhur xüsusi taksi xidməti Uber-in sürətli çatdırılma xidməti fəaliyyətə başladı.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uber-in yeni xidməti UberRUSH çatdırılma xidməti New-York, San Fransisco və Chicagoda rəsmi olaraq fəaliyyətə başladı.
Uber-in rəsmi blogunda verilən açıqlamalara görə, ABŞ-da edilən ümumi səfərlərin 20 faizi hər hansı bir əşyanın A nöqtəsindən B nöqtəsinə daşımaq üçün edildiyi qeyd edilib. Bu əməliyyatları istifadə baxımından daha məhsuldar hala gətirməyi hədəfləyən UberRUSH, istifadəçilərin ehtiyyac duyduğu bir məhsulu avtomobil və ya velosiped sürücüləri vasitəsilə sürətli şəkildə təslim edir.
Shopify, Clover, ChowNow, Bigcommerce, Bloomnet, delivery.com kimi daşınma xidməti təklif edən platformalarla əməkdaşlıq edən UberRUSH, təslimat xidmətləri arasına əlavə olunur. Platformadan sifariş verən müştəri məhsulun həmin gündə daşınması üçün UberRUSH xidmətini seçə bilir.
Sifarişlər Uber sürücülərinin nəqliyyat vasitələrində daşınır və bir sürücünün eyni marşrut üzrə bir neçə sifarişi də təslim etməsi mümkündür. UberRUSH xidməti üçün 5 və 7 dollar arasında məbləğ təyin edən Uber, ödənişin müştəridənmi, yoxsa iş ortaqlarındanmı alınacağı mövzusunda qərarı iş səhmdarlarının öhdəliyinə buraxır.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri