“Uber yeni xəbərlərlə istifadəçilərini sevindirəcək”

05-11-2015 / 14:49

Bir neçə gündür sosial şəbəkələrdə və xəbər saytlarında Uber-in Bakıda fəaliyyətini dayandırması və  UberBLACK xidmətinin bağlanması haqqında məlumatlar  yayılırdı.

Yayılan məlumatlarla bağlı Uber-in marketinq meneceri Kamran Səmədli Xeberler.az-a bildirib ki, narahatlığa ehtiyac yoxdur və Uber yaxın günlərdə yeni xəbərlərlə istifadəçilərini sevindirəcək:

 “Bir müddətdir  ki, çox önəmli yeniliklər üzərində çalışırıq və bu yeniliklər həm UberBLACK,  həm də UberX xidmətini əhatə edir. Əminəm ki, biz bu yenilikləri ictimaiyyətə təqdim etdikdə Uber-in  nəyə görə ən keyfiyyətli, möhtəşəm və ən əsası istifadəçilərə hər zaman ən yaxın xidmət olduğu daha aydın görünəcək”.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə