Previous Next
Bağla

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023 12:09
Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) bp və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı kitabın təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, kitabın müəllifləri coğrafiya elmləri namizədi, dosent Elmar Qasımov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.

Bu kitab Azərbaycanda bərpa olunan enerji mühəndisliyi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş ilk universitet dərsliyidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan dərslik pulsuz olaraq təhsil müəsissələrinə təqdim ediləcək. 

Bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanmasının bünövrəsini qoyacaq bu dərslikdən əlavə, layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.

Layihənin məqsədi Bakı Ali Neft Məktəbinin bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Layihə BANM tərəfindən icra olunub.

Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın ən böyük sosial layihəsi olan Bakı Ali Neft Məktəbi ilə bp və tərəfdaşlarının uğurlu layihələri icra edilib və bu layihələrin hər biri dayanıqlıdır. O, həmmüəllifi olduğu kitabdan bəhs edərək vurğulayıb ki, bu bərpa olunan enerji üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması planlarımızın həyata keçirilməsi istiqamətində Ali Məktəbimizin atdığı ilk addımdır: “Qərara gəlmişik ki, bu yeni tədris sahəsini bütün ixtisaslar üzrə bakalavr proqramımıza icbari fənn kimi daxil edək və gələcəkdə bərpa olunan enerji mənbələri üzrə magistr dərəcəsi də yaradaq. Bu yeni mühəndislik sahəsində təhsil imkanlarımızı genişləndirmək üçün ilk addımı məhz Bakı Ali Neft Məktəbi atır”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, ölkənin və əslində elə bp-nin və tərəfdaşlarımızın da əsas məqsədlərindən biri dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirməyə dəstək olmaqdır: “Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var. Bura “yaşıl” hidrogen, günəş və külək enerjisi resursları daxildir. Keçid prosesini səmərəli etmək və gələcəkdə ölkənin “yaşıl” iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksəkixtisaslı və səriştəli kadrların, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış mühəndislərin hazırlanmasına ehtiyac var.Ümid edirik ki, bu gün təqdim etdiyimiz dərslik və yeni təlim kursu BANM-ə imkan verəcək ki, həm keçid prosesində, həm də sonrakı mərhələlərdə ölkənin ehtiyac duyacağı mütəxəssislərin hazırlanmasına başlanmasının əsasını qoysun”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Azərbaycanda və dünyada prioritet istiqamətdə yazılan bu kitabın əhəmiyyətindən bəhs edib, onun bərpa olunan enerji sahəsində mütəxəssis hazırlığına töhfə verəcəyini, oxunaqlı, faydalı məlumatlarla zəngin olduğunu qeyd ediblər.

Sonda video vasitəsilə fikirlərini bildirən kitabın həmmüəllifi Rövşən Abbasov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, bərpa olunan enerji sahəsi üzrə Azərbaycan dilində faydalı mənbə olacağına inandığını bildirib.

 

                                                   

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

30-09-2016

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023

“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

29-12-2022

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

06-10-2016

Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03-02-2023

İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

21-10-2015

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015

Azərbaycanda yeni istifadəyə veriləcək külək və günəş enerjisi istehsalının həcmi açıqlanıb

01-06-2023

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

BANM tələbəsi beynəlxalq hakatonda qalib olub

28-01-2026

Günəş enerjisi texnologiyaları üzrə elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

15-04-2015

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə