Previous Next
Bağla

“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

30-09-2016 15:20
“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə "Alternativ gələcəklə əlaqə” layihəsi keçirilir. 

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini Nurəli Yusifbəyli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov, məruzəçilər və layihəyə iştirakçı qismində qatılan KİV nümayandələri iştirak edirdilər. 

Layihənin açılış mərasimində Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamladı və layihə iştirakçılarına uğurlar arzuladı. O, son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirdi. BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin fəaliyətindən söz açan prorektor gələcəkdə Ali Məktəbdə "Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə mühəndis kadrların hazırlanmasının nəzərdə tutulduğunu dedi. Ramiz Hümbətov "Alternativ gələcəklə əlaqə” layihəsinin Bakı Ali Neft Məktəbində keçirilməsinin əhəmiyyətini vurğuladı. O, BANM-də bərpaolunan enerji üzrə hər ay seminarların təşkil olunduğunu da nəzərə çatdırdı.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim dəyişmələri və Ozon mərkəzinin rəhbəri Gülmalı Süleymanov çıxış edərək "Alternativ gələcəklə əlaqə” layihəsinin Bakı Ali Neft Məktəbində həyata keçirilməsindən məmnunluqlarını ifadə etdilər, layihə iştirakçılarına uğurlar arzuladılar. 

Layihənin birinci günündə NASA-da işləyən azərbaycanlı alim Teymur Sadıqov Robotlaşma”, Norveçli təlimçi, "Provitaz” və "İnnovaz”  məhdud məsuliyyətli müəssisələrin rəhbəri Knut Erlend "Xalq üçün sərfəli bərpa olunan enerji mənbələri” mövzusunda məruzə ilə çıxış etdilər. Məruzəçilər iştirakçıları  alternativ enerji mənbələri ilə bağlı məlumatlandırdılar.

Layihə çərçivəsində AREA-nın nümayəndələri təqdimatlarla çıxış edirlər. Layihə çərçivəsində həmçinin Suraxanıda yerləşdirilən günəş panelləri stansiyası ilə tanışlıq səfəri nəzərdə tutulur.

"Alternativ gələcəklə əlaqə" layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir.

 

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

06-10-2016

“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

21-09-2016

Alternativ enerji haqqında informasiyalar daha əlçatan olacaq

11-10-2016

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

16-05-2022

İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

21-10-2015

Şagirdlər Qobustanda günəş panelləri ilə tanış olub-Foto

14-03-2017

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023

Alternativ enerji sahəsində ən maraqlı ideya seçiləcək

29-03-2017

BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

08-01-2025

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Alternativ enerji sahəsində ən maraqlı ideyalar seçilib

10-04-2017

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015

Bu rezindən enerji əldə etmək mümkün olacaq

19-05-2015

Bakı Ali Neft Məktəbi KOBİA – nın layihəsinin qalibi olub

23-08-2021

Günəş enerjisi texnologiyaları üzrə elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

15-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə