Previous Next
Bağla

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015 15:23
Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

Azərbaycanla Gürcüstan arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Xeberler.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat katibliyindən bildirilib ki, Agentliyin sədri Akim Bədəlovun rəhbərliyilə nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaybaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə birgə Gürcüstanın Baş nazirinin iki müavini - İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Energetika naziri Kaxa Kaladze ilə səmərəli görüşlər keçirib.

Görüşdə Akim Bədəlov iki ölkə arasında hərtərəfli inkişaf edən əməkdaşlığa toxunaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə söykənən iki ölkə arasındakı münasibətlər hər bir sahədə olduğu kimi enerji sahəsində də yüksələn xətlə inkişaf edir. O, alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlığın da Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, bu sahənin müasir dövrdə həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib.

Akim Bədəlov son illər bununla bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verərək diqqəti görülən işlərə çəkib. Agentliyin sədri 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını və bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu nəzərə çatdırıb.

Akim Bədəlov hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək bildirib: “Ölkələrimiz böyük hidroenerji resruslarına malikdir. Lakin gələcəkdə su mənbələrindən bu məqsədlə geniş istifadə olunması, hidroenerji qurğularının quraşdırılması çayların fauna və florasına təsirini göstəcək. Bu da ekoloji problemlərin yaranması ilə nəticənə bilər. Su ehtiyatlarından daha da səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Həm iqtisadi, həm də ekoloji baxımdan, kənd təsərrüfatının, balıqçılıq təsərrüfatının inkişafı, turizm sahələrinin genişləndirilməsi daha çox səmərə verər. Coğrafi mövqeyimiz, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə eyni zamanda ətraf mühitin qorunması üçün də olduqca əhəmiyyətlidir”.

Məlumatda qeyd olunur ki, Azərbaycanda son illər görülən işlər Gürcüstan tərəfinin geniş marağına səbəb olub və onlar bu sahədə qazanılan təcrübədən yararlanacaqlarını və ölkələrində günəş enerjisinin fərdi yaşayış evlərində tətbiqində, külək, biokütlə və geotermal elektrik stansiyalarının yaradılmasında və bu yolla enerji mənbələrinin diversifikasiya olunmasında maralı olduqlarını bildiriblər. Onlar “1 ev - 1 stansiya”, hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələrinə xüsusi maraq göstəriblər.

Tərəflər sözügedən sahələrdə konkret işlərin başlanılması məqsədilə aidiyyəti üzrə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıblar.

Sonda hər iki nazirliklə Dövlət Agentliyi arasında müvafiq İşçi qruplarının yaradılması qərara alınıb, alternativ və bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi və təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

Azərbaycan istehsalı olan günəş panelləri Almaniyada istifadə olunacaq

17-12-2015
Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023
Günəş enerjisi texnologiyaları üzrə elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

Günəş enerjisi texnologiyaları üzrə elmi-texnoloji nailiyyətlər nümayiş etdiriləcək

15-04-2015
Daha bir Dövlət Agentliyinin xidməti Portala  qoşulacaq

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015
“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021
İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

İqtisad Universiteti Belarus Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

21-10-2015
Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

Daha bir qurum xidmətini “Elektron hökumət” portalına inteqrasiya edib

16-06-2015
BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023
“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

21-09-2016
Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017
İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023
"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

"Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq"

15-02-2023
Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015
Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

Gəncədə bərpa olunan enerjidən istifadə üzrə layihə tətbiq edilir

02-05-2015
Şagirdlər Qobustanda günəş panelləri ilə tanış olub-Foto

Şagirdlər Qobustanda günəş panelləri ilə tanış olub-Foto

14-03-2017
“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

“Alternativ gələcəklə əlaqə” layihəsi təqdim edilib-Foto

30-09-2016
Portala yeni xidmət inteqrasiya edilib

Portala yeni xidmət inteqrasiya edilib

13-12-2016
Prezident: “  Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018
Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023
Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03-02-2023
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023
Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016
“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

“Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb-Foto

06-10-2016
Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə