Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulurdu.
Layihə ilə bağlı qaydalar isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə müzakirəsi əsasında hazırlanır.
Dövlət Komitəsindən Xeberler.az-a verilən məlumata görə, RYTN-nin uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı” layihəsi artıq yekunlaşmaq üzrədir.
Xeberler.az-a bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırda RYTN-lə bu sahədə məsləhətləşmələr aparır.
Layihə RYTN-nə aid olduğu üçün yekunlaşması və tətbiqi ilə birbaşa Nazirlik məşğul olur: “Süzgəc sisteminin yaradılması nəzərdə tutulur ki, bununla da uşaqlar üçün arzuolunmaz saytlara girişi məhdudlaşdırmaq mümkündür. Bunun vasitəsilə evdəki və İnternet klublardakı kompüterlərdən azyaşlılar üçün təhlükəli hesab olunan saytlara girişin qarşısı alınacaq. Bununla da uşağın tərbiyəsinə, psixikasına birbaşa təsir edən saytlara giriş məhdudlaşacaq”.
Qeyd edək ki, “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək. Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri