Previous Next
Bağla

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021 16:15
Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?
"Mövcud qanunvericiliyə görə valideynlərin provayderlərdən “Halal internet” xidməti tələb etmək haqqı var. Yəni, ötən il yanvarın 1-dən qüvvəyə minən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna görə hər bir provayder uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün “Halal internet” xidməti yaratmalıydı".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:
 
Ekspert bildirib ki, qanuna görə bütün provayderlər abunəçinin istəyi ilə ona uşağı internetdə qorumaq üçün, təhlükəsiz internet, uşaqlar üçün zərərli ola biləcək kontentdən təmizlənmiş internet, necə deyərlər “Halal internet” xidməti verməyə borcludur.
 
Bütün təhsil sisteminə verilən internet trafik süzgəcdən keçirildiyindən, yəni “Halal internet” olduğundan məktəblərdə bu istiqamətdə problem demək olar ki, aradan qaldırılıb.
 
Məktəbdən kənarda, xüsusilə də evlərdə uşaqların internetdən istifadəsi zamanı təhlükəsizliklə bağlı problemlər qalır.
 
Rəqəmsal savadlılığı yetərli olmayan valideynlər uşağı internetdə qorumaq üçün, “Halal internet” xidməti almaq üçün qanunvericiliyin verdiyi imkandan yararlana bilərlər".
 
Bütün provayderlər bu xidməti verməyə hazırdırmı ?
 
Osman Gündüzün sözlərinə görə, filtarsiya (süzgəc) sisteminin qurulması provayderdən əlavə xərclər, əlavə resurslar tələb edir. Güman ki bu baxımdan provayderlərin bir çoxunda hələlik bu sistem qurulmayıb.
 
"Yeri gəlmişkən qeyd etmək lazımdır ki, internetdə bununla bağlı pulsuz bir xeyli həllər də mövcuddur.
 
Aztelekom, Bakcell, Azercell, Enginet şirkətləri uşaqlar üçün təhlükəsiz internet xidmətləri ilə bağlı rəsmi açıqlamalar veriblər. Bəzi provayderlər valideyn nəzarətinə tam zəmanət verən rəqəmsal həllər də hazırlayıblar.
 
Regionlarda Aztelekom provayderi daha üstün mövqeyə malik olduğundan, valideynlər bu provayderin SAF Təhlükəsiz İnternet xidmətindən istifadə edə bilərlər. Bu xidmət üçün aylıq internet ödənişindən əlavə olaraq 1.5 manat da ödəmək lazım gələcək.
 
Geniş abunəçi bazasına malik olan Baktelecom- da belə bir xidmətin hazırlaması üçün səyləri gücləndirməlidir.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların təhlükəsizliyi məqsədilə “Kidsafe” resursunu hazırlayıb. Digər provayderlərin “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun icrası istiqamətində atdığı addımlar haqqında məlumatlar verilməyib.
 
Müşahidələr göstərir ki, Təhsil Nazilriyinin , NRYTN-nin, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, MTRŞ-in, Medianın İnkişafı Agentliyinin uşaqların internetdə təhlükəsziliyi ilə bağlı, adı çəkilən qanunun icrası ilə bağlı səylərinin gücləndirilməsinə ciddi ehtiyac var".
 
Ekspert son olaraq bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə fəaliyyətini yetərli hesab etmək olmaz.
 
"Uşaqların internetdə təhlükəsizliyinin təmin eidlməsi üçün valideynlər də diqqətli olmalı, uşağın internetdə dostu olmalı, onların istifadə etdiyi avadanlıqlarda təhlükəsiz rejimdən istiafdəyə diqqət yetirməli, elementar təhlükəsizlik qaydaları və internetdə ünsiyyət qaydaları uşaqlara öyrədilməlidir,
 
Yeri gəlmişkən, adı çəkilən Qanuna görə TV-lər də yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsini həyata keçirməliydilər. Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunmalıdır. Amma hələlik bu istiqamətdə də ciddi problemlir olduğu görsənir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

04-10-2019
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018
İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016
Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”     mövzusunda Dəyirmi Masa keçiriləcək

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Azərbaycan İnterneti üçün təhlükə varmı?

Azərbaycan İnterneti üçün təhlükə varmı?

02-06-2016
Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12-12-2018
Uşaqları gözləyən yeni təhlükə - “Halal internet”

Uşaqları gözləyən yeni təhlükə - “Halal internet”

04-09-2020
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025
Uşaqların  təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

25-11-2008
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018
Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015
“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə