Previous Next
Bağla

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019 10:27
İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

Xeberler.az Oxu.az-a istinadən bildirir ki, bu gün internetdə insanların psixologiyasına təsir edən kifayət qədər oyun var. Bunların bəziləri hətta insanı intihar səviyyəsinə çatdırmağa sövq edir. İnternet istifadəçiləri arasında uşaqların da olduğunu nəzərə alsaq, bu halın hansı təhlükəyə səbəb olacağını təsəvvür etmək çətin deyil. Hətta internetdən istifadə zamanı qarşımıza çıxan tövsiyə xarakterli oyunlar arasında insan psixologiyasına mənfi təsir etmək gücündə olanları da var.

Psixoloq Elmir Əkbərin qeyd edib ki, son vaxtlar kompüter, telefon və planşetlər daha əlçatan olduğu üçün bu problem daha da artıb:

“Çox sayda valideyn müraciət edərək uşaqlarının hər hansı kompüter oyunundan sonra çox aqressiv olduğunu bildirir. İkinci məsələ isə odur ki, bəzən onlar oyunlarda gördüklərini evdə balaca bacı-qardaşları üzərində, bir növ, eksperiment edirlər”.

Psixoloq bildirib ki, ümumiyyətlə, hazırda kompüterdən, internetdən asılılıq problemi var:

“Bəzi valideynlər uşaqları konsultasiyalara gətirib deyirlər ki, kompüteri, telefonu onların əlindən ala bilmirlər. Bu zaman uşaqlar aqressiv olur, sındırır, dağıdır və s. Narkotikdən, spirtli içkidən olduğu kimi, kompüter oyunlarından, internetdən da asılılıq yaranması mümkündür. Çox yaxşı olar ki, bu vəziyyətdə uşaqları mütəxəssislərə, psixoterapevtlərə, klinik psixoloqlara göstərsinlər. Valideynlərin də uşaqlar üçün nəzərdə tutulmuş psixoloji təlimlərdə iştirak etməsi yaxşı olardı. Qoy uşaqla münasibətin qurulması formasından xəbərləri olsun.

Çalışmaq lazımdır ki, uşaq asudə vaxtını daha xeyirli, faydalı işlərə sərf etsin. Şahmat oynamaq, xarici dil kursları, dərnəklər, rəqs, üzgüçülük bu cəhətdən çox faydalıdır. Bundan başqa, maraqlı hobbilər tapmaq olar: uşaqda bitkilərə, heyvanlara qarşı sevgi aşılamaq lazımdır”.

Bəs övladlarımızı bu cür oyunlardan necə qoruyaq? 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında deyib ki, ilk növbədə, uşaqlara valideynlər nəzarət etməlidir:

“Valideynlər bu prosesdə uşaqların dostu kimi iştirak etməlidirlər ki, onları internetdəki zərərli oyunlardan qoruya bilsinlər. Bu kimi zərərli informasiyalar, oyunlar uşaq psixologiyasına pis təsir edir.

Elə valideynlər də var ki, onların İKT-dən istifadə səviyyəsi çox zəifdir. Bəs bu vəziyyətdə nə edilməlidir? Burada təhsil müəssisələri müəyyən qədər köməklik göstərə, məktəblərdə bununla bağlı tədbirlər keçirilə bilər. Eyni zamanda, media və televiziya vasitəsilə valideynlərə bu məsələnin hərtərəfli izah edilməsi mümkündür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin bu istiqamətdə fəaliyyətinin canlandırılmasına ehtiyac var. Onlar müəyyən vəsaitlər hazırlaya, efirdən, internet medianın gücündən istifadə edə, valideynlərə köməklik göstərə bilərlər”.

O.Gündüz qeyd edib ki, eyni zamanda, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə uşaqlar üçün faydalı resursların sayını artıra bilərlər:

“Bununla da uşaqların diqqətini faydalı işlərə yönəltmək olar. Ümumiyyətlə, uşaqlarla bağlı onlayn kontentin hazırlanması üçün vəsait ayrılmalı və dövlət proqramı qəbul olunmalıdır. 

İnternetdən istifadə zamanı bu kimi oyunların uşaqların qarşısına çıxmasının qarşısını almaq mümkündür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyəti var ki, bu cür resursları bağlasın. Nazirlik Azərbaycan qanunvericiliyinə zidd olan resursları ya özü bağlamalı, ya da məhkəməyə müraciət etməlidir”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələyə bu cür aydınlıq gətirib:

“İnternet təhlükəsizliyi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığına uyğun olaraq, həm “Aztelekom” MMC, həm də “Bakı Telefon Rabitəsi” MMC internet istifadəçilərini internet təhlükələrindən qorumaq üçün abunəçilərinə “Təhlükəsiz internet” xidməti təqdim edir. Bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər təhlükəli məzmunlardan qoruna bilərlər.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlər azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya və ekstremizmi təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarət edə bilirlər.

Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahı”ya daxil edilən resursu aktivləşdirmək də olar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017
Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017
Texnologiyaların uşaqlara təsiri

Texnologiyaların uşaqlara təsiri

07-04-2015
Hansı kompüter oyunları uşaqlar üçün təhlükəlidir?

Hansı kompüter oyunları uşaqlar üçün təhlükəlidir?

28-03-2017
Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015
Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018
Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır

19-03-2020
İnternet istifadəçilərinə şad xəbər

İnternet istifadəçilərinə şad xəbər

01-06-2017
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020
Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016
Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015
Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

18-01-2017
Uşaqların internetdən istifadəsi  ilə bağlı yeni xidmət-Foto

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016
Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018
“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə