Previous Next
Bağla

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016 11:22
Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

Məlum olduğu kimi, bu gün uşaqların internet təhlükəsizliyi ən aktual mövzulardandır.

İnternetin, kommunikasiya vasitələrinin gətirdiyi yeniliklər bəzi vaxt mənfi formada öz təsirini göstərir.

Böyük yaşlı insanlar bu mənfi təsirlərini qarşısını alıb, məlumatları süzgəcdən keçirə bilir. Təəssüflər olsun ki, kiçik yaşlı uşaqların internetdən istifadəsində bəzi vaxt problemlər yaşanır.Belə ki, əksər vaxt valideynlər də övladlarının internetdən istifadəsinə nəzarət edə bilmir. Bəzən uşaqların sağlamlığı, psixologiyası üçün zərərli informasiyaların təsnifatını aparmaq, hansının faydalı və ya zərərli olduğuna nəzarət etmək çətin olur. 

Bu problemləri nəzərə alaraq ölkədə yeni layihəyə başlanıb.

Belə ki, yeni layihədə uşaqları arzuolunmaz informasiyalardan qorumaq üçün vahid normativlər müəyyən ediləcək.  

Hazırda bu istiqamətdə görülən işlər barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitədən Xeberler.az-a bildirlib ki,  2016-cı il  aprelin 19-da “ Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu” na  dəyişikliklər edilib.

Həmin dəyişikliklərə  əsasən uşaqların sağlamlığına, inkişafına zərər verən informasiyalardan qorunması müvafiq qanunla tənzimlənir:

“ Bu o deməkdir ki, xüsusi bir qanun qəbul edilməlidir. Həmin qanunda uşaqların yaş kateqoriyalarına görə informasiya məhsullarının təsnifatı aparılacaq. Prezidentin sərancamına əsasən həmin qanunun hazırlanması Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumlara tapşırılıb.  Hazırda bu layihənin hazırlanması üzərində iş gedir”.

Komitədən verilən məlumata görə, qanun layihəsində 18 yaşa qədər uşaqların yaş qruplarına uyğun olaraq informasiya məhsullarının təsnifatı aparılacaq:

“ Belə ki, qanunda 6 yaşa qədər uşaqlar hansı informasiyaları əldə bilər  və ya yaxud 6-12, 18 yaşa qədər uşaqların yaş qruplarına uyğun olaraq informasiya məhsullarının təsnifatı  kimi məsələlər öz əksini tapacaq. Eyni zamanda, nəşr olunan və yaxud da ki, telekommunikasiya vasitəsi  ilə yayımlanan, ümumiyyətlə,  uşaqlarla bağlı  dövriyyədə olan bütün  informasiya vasitələri ilə bağlı qadağalar, məhdudiyyətlər olacaq”.

Qeyd edilib ki, indi belə normativlər yalnız  televiziyada  mövcuddur, amma indi bu, daha geniş sahəni əhatə edir:

“Yeni qanunda bu normativlər Azərbaycanda dövriyyə olunan bütün informasiya məhsullarına,  hər bir sahəyə aid ediləcək. Bilirsiniz ki, indi bu məsələ  aktualdır. Hazırda xüsusilə telekommunikasiya vasitələri  (internet, mobil internet və digər bu kimi  vasitələr) ilə yayımlanan bəzi informasiyalar var ki, uşaqların psixologiyasına, onların sağlam inkişafına mənfi göstərir. Bu sahəni tənzimləyən bir qayda, mexanizm olmalıdır. Üzərində iş  gedən layihə-qanun da bu məsələni əhatə edəcək”.

Komitədən onu da bildiriblər ki, layihədə xüsusi qanunlar olmaqla yanaşı, bu qanunları tənzimləyəcək qaydalar, mexanizm də yer alacaq.

"Bu qaydaların həyata keçirilməsi mexanizmi də həmin qanunun layihəsində müəyyənləşdiriləcək. Artıq bir neçə ölkədə belə qanunlar var. Biz də həmin ölkələrin təcrübəsindən istifadə edirik”.

Məlumata görə, qanun layihəsi  üzərində işlər davam edir. Qaydaların hazırlanması bu ilin sonunda yekunlaşacaq və 2017-ci ildə qəbul edilməsi üçün Milli Məclisə təqdim ediləcək.

 

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025

Uşaqların İnternet təhlükəsizliyi üzrə “Ağ siyahı” yekunlaşmaq üzrədir

27-06-2015

Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017

Uşaqların kompüter oyunları ilə bağlı ekspertizanı nazirlik aparacaq

07-06-2019

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016

Uşaqlar üçün İnternetdə hansı təhlükələr var? –Müzakirə

25-04-2018

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026

Uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi

25-01-2018

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021

Uşaqların internet təhlükəsizliyi müzakirə ediləcək

20-11-2017

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunacaq

29-09-2015

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunacaq

15-09-2015

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016

Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə həyata keçirilir

03-11-2008

Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir

15-04-2025

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011

Azərbaycan İnterneti üçün təhlükə varmı?

02-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə