Previous Next
Bağla

Uşaqların istifadə etdikləri sosial şəbəkələrlə bağlı bu tədbirlər görülə bilər

03-03-2023 14:50
Uşaqların istifadə etdikləri sosial şəbəkələrlə bağlı bu tədbirlər görülə bilər

Ombudsman ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılmasını təklif edir.

Xeberler.az məlumat verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, məişət zorakılığının qurbanı olan uşaqların hüquqlarının təmin edilməsi, onların zorakılıqdan müdafiəsinin səmərəli təşkili məqsədilə yerli icra hakimiyyətləri, polis orqanları da cəlb edilməklə məqsədli proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

Bildirilib ki, məişət zorakılığı hallarının artmasına sosial şəbəkələrin və internet resurslarının da əhəmiyyətli təsiri var. Bu sahələrlə bağlı mətbuatda və sosial şəbəkələrdə yer alan məlumatlara olduqca həssas yanaşılmalıdır. Belə ki, bəzən zərərli vərdişlər və zorakılıq halları ilə bağlı dərc edilən məlumatlar auditoriyada, xüsusən də bu məsələlərə münasibətdə daha həssas olan uşaq və gənc yaşlı şəxslərdə həmin sahələrə maraq yarada bilər. Təhsil müəssisələrində maarifləndirici tədbirlərin həyata keçirilməsi zamanı, eləcə də sosioloji sorğular aparılarkən bu hallara xüsusən diqqət yetirilməlidir.

Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiqdir. Bu istiqamətdə təhsil müəssisələrində əsas hədəf qruplarından biri kimi, valideynlərlə də davamlı olaraq maarifləndirici işlər aparılmalıdır.

apa.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026

Avropanın texniki baxımdan ən inkişaf etmiş uşaqları

18-12-2008

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı xəbərdarlıq

26-04-2023

Bəzi informasiya mənbələri yalnız yazılı razılıqla açıqlanacaq

28-01-2026

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016

Azərbaycanda ən çox informasiya və analitik proqramlar izlənilib

11-07-2025

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

Azərbaycanda "YouTube" kanalları bağlana bilər

22-02-2021

“Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusu müzakirə olunmuşdur

20-04-2012

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

20-11-2019

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019

Texnologiyalar parkında çalışan əcnəbilər sosial sığorta haqqı ödəməyəcək

27-12-2022

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

15-04-2025

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Azərbaycanda məişət zorakılığı ilə bağlı mobil tətbiq yaradılacaq

19-07-2023

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə