Previous Next
Bağla

Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

08-06-2026 18:44
Milli Məclisdə sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu deyib. O, Milli Məclisin son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul etdiyini, təqdim edilən yeni qanun layihəsinin bu siyasətin davamı olduğunu bildirib. Komitə sədri rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi ilə bağlı bir sıra dünya ölkələrinin mövcud təcrübələrini diqqətə çatdırıb.

Zahid Oruc bildirib ki, layihədə 16 yaşadək uşaqların fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunur. Yeni normaya görə platforma provayderləri yoxlama mexanizmlərini, yəni bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını tətbiq etməlidirlər. 16-18 yaş qrupu üçün fərqli – daha çevik, lakin nəzarətli mexanizm müəyyən olunur. Bu yaş qrupunda yeniyetmələr valideynin razılığı ilə platformalarda hesab yarada bilərlər. Fərdi məlumatların kənar şəxslərə ötürülməsi yolverilməz hesab edilir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, informasiya-kommunikasiya texnologiyalarının dövrümüzün ən vacib tələblərindən biriolduğunu qeyd edib. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin öz çıxışlarında bildirdiyi kimi, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Dövlətimiz tərəfindən həyata keçirilən rəqəmsal inkişaf, innovasiya siyasəti prioritet məsələlərdəndir. Bu sahədə müvafiq strateji sənədlər, normativ hüquqi aktlar, fəaliyyət planları qəbul edilir, institusional mexanizmlər formalaşdırılır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə təmin olunur, onların sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün imkanlar yaradılır. Uşaqlara qayğı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir.

Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsinin rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.

Tədbirdə layihə ilə bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək təmsil etdikləri qurumların qanun layihəsinə dair mövqeyini, həmçinin təklif olunan dəyişikliklərin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra məsələ ilə bağlı aparılan müzakirələrdə çıxış edənlər fikir və təkliflərini səsləndiriblər.

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

08-06-2026
Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə edilib

09-06-2026
Uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi

Uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi

25-01-2018
MEDİA: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

MEDİA: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

08-06-2026
 Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

10-06-2026
Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

08-06-2026
“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025
Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025
İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

16-02-2017
DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025
Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

28-01-2026
Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi müzakirəyə çıxarılıb

12-06-2024
Yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq

Yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq

23-01-2025
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək

10-06-2026
Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə