Previous Next
Bağla

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

06-02-2026 20:50
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət edilməlidir

Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatlıq doğurur. Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən rəqəmsal platformalardan istifadəsinə nəzarət edilməsi, həm uşaqların, həm də ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

Ombudsman bildirib ki, qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir.

Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir.

“Fevralın 6-da “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur.

Bir daha media nümayəndələrinə “Media haqqında” Qanunun, “Uşaq hüquqları haqqında” Qanunun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Qeyd edək ki, belə hallarla bağlı tərəfimizdən aidiyyəti qurumlara müraciət edilərək zəruri tədbirlərin görülməsi təmin olunur.

Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm”, - deyə müvəkkilin açıqlamasında vurğulanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

“Zəhra Pezeşkian: Uşaqların rəqəmsal qorunmasında qlobal səviyyədə çətinliklər qarşıya çıxır

23-12-2025

Azərbaycanda "Roblox"un fəaliyyəti məhdudlaşdırıla bilər

19-03-2026

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ekspress-informasiya nəşr edilib

09-02-2016

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

23-12-2025

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024

Dövlət Komitəsi “Roblox” ilə bağlı valideynlərə tövsiyələr verib

06-02-2026

“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirilib

28-12-2024

Uşaqları zərərli informasiyadan qoruyan qanun qüvvəyə minəcək

23-08-2019

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026

Uşaqların istifadə etdikləri sosial şəbəkələrlə bağlı bu tədbirlər görülə bilər

03-03-2023

Uşaqların mobil qurğulardan istifadəsi məhdudlaşdırılıb

12-12-2016

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026

Malayziyada uşaqlar üçün sosial media qadağan edilir

24-11-2025

Uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək

11-11-2011

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə