Previous Next
Bağla

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026 12:43
V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramına qeydiyyat davam edir.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əsas məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir.

Layihə çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına əlverişli şərait yaradılır, onların ixtiraçılıq və startap fəaliyyətinə istiqamətləndirilməsi prioritet kimi müəyyən olunur. Proqram iştirakçılara ideyaların sistemli şəkildə formalaşdırılması, biznes modelinin qurulması, bazar araşdırması aparılması, məhsulun inkişafı və effektiv təqdimat bacarıqlarının əldə edilməsi üçün geniş imkanlar təqdim edir.

V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır.

Proqramda iştirak etmək istəyən şəxslər linkinə daxil olaraq müraciət formasını doldura bilərlər. Aprelin 12-si qeydiyyat üçün son tarixdir.

İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunurlar.

2021-ci ildən bugünədək layihə çərçivəsində 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub. Universitetlərdə hazırlanmış 130-dan çox mentora təlimlər keçirilib. 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Bunlardan 45 startap komandası seçilərək “Demo Day” tədbirlərində layihələrini investor və ekspertlərə təqdim ediblər.

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində formalaşmış startaplardan 4-ü ümumilikdə 310 min manat həcmində investisiya cəlb edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri keçirilib

19-02-2026

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

IV “TUSİ” inkubasiya proqramına start verilib

07-04-2025

BMU-da infosessiya:“Gələcək üçün bacarıqlar”

21-12-2023

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

ASAN Karyera Akselerasiya Proqramı başlayır

20-04-2026

Agentlik Sədri: "İNNOLAND" 300-dən çox startap formalaşdırıb

19-02-2026

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

BP Azərbaycanda startap proqramına 82 min manat xərcləyib

06-07-2023

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

Yeni startap layihələri təqdim olunub

20-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə