Previous Next
Bağla

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018 17:40
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni dərs ilinin başlamasını və tələbələrin startap sahəsinə yüksək maraq göstərməsini nəzərə alaraq 3-cü inkubasiya proqramına müraciət müddətini uzatmaq qərarına gəlib.

Xeberler.az  bildirir ki, “Barama İnkubasiya Proqramı 2018”də iştirak edib, öz İnnovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq istəyənlər 30 sentyabra qədər gate.barama.az linkinə daxil olaraq onlayn qaydada müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.Onlayn qeydiyyatdan sonra startapların təqdim etdiyi layihələr Barama heyəti tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələdə biznes planları ilə birgə layihələrini əyani şəkildə təqdim edəcəklər. İkinci seçim mərhələsini də uğurla keçən komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.

6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.

Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

Startaplar üçün növbəti şans

09-08-2017

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021

Azercell-dən yeni müsabiqə

14-09-2017

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

03-12-2020

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Startapçı həyatından bir gün

12-10-2018

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

"Sizin biznes ideyanız var?"

12-03-2013

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Azercell Gəncədə startapçılar ilə görüşüb

28-09-2017

Barama mərkəzində A’Startap Sammiti keçirildi.

24-07-2018

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə