Previous Next
Bağla

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022 13:18
Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub. Bununla da portalda təqdim edilən xidmətlərin sayı 15-ə çatdırılıb.

Xeberler.az bildirir ki, sonuncu inteqrasiya nəticəsində “Aztelekom” MMC-nin 2, “Azərpoçt” MMC-nin 1 yeni xidməti portala əlavə edilib. Bunlar “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc”, “Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” və “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidmətləridir.

Vətəndaş “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc” xidmətindən istifadə edərək adına olan telefon nömrəsi ilə əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borclar haqqında məlumat əldə edə bilər.

“Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” xidməti vasitəsilə istifadəçi əvvəlcə adına olan şəhərdaxili nömrə və ya nömrələri əldə edir. Daha sonra hər nömrə üzrə ay ərzində zəng edilən nömrələr, zənglərin tarixi, danışıq müddəti, məbləğ və ödəmə qəbzləri barədə məlumat ala bilər.

“Azərpoçt” MMC-nin “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidməti ada uyğun axtarış edərək ölkə üzrə həmin adda küçələrin yerləşdiyi şəhər və ya rayon, orada yerləşən ev nömrələri, küçə şifri və poçt indeksi haqda məlumat almaq imkanı verir.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi həmin xidmətlər vahid portalda toplanılır.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022
Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

12-09-2022
Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022
RİNN-in bütün elektron xidmətləri vahid portalda

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022
 “Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022
“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022
Vahid Elektron Xidmətlər Portalında yenilik

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022
“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022
RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025
Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025
“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu   

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022
71 mindən çox istifadəçi  telefon nömrəsi üzrə axtarış edib

71 mindən çox istifadəçi telefon nömrəsi üzrə axtarış edib

11-04-2015
Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025
Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015
Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı artıb

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı artıb

13-10-2015
Daşınan şəhər telefon xidməti istifadəyə verildi

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015
SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022
Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016
Nazirlik daha bir elektron arayış təqdim edəcək

Nazirlik daha bir elektron arayış təqdim edəcək

03-11-2015
İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020
İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

"Azərsu" ASC "e-su.az" portalını istifadəyə verib

24-09-2020
Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

Nazirliyin telefon nömrəsi üzrə axtarış sistemi istifadə sayına görə 3-cü olub

14-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə