Previous Next
Bağla

Vahid Elektron Xidmətlər Portalında yenilik

21-10-2022 13:04
Vahid Elektron Xidmətlər Portalında yenilik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə “AzInTelecom” MMC-nin hazırladığı Vahid Elektron Xidmətlər Portalında  növbəti xidmət istifadəyə verilib.

Bu, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) təqdim etdiyi “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətidir.


Xeberler.az bildirir ki, hazırda xidmət tam rəqəmsallaşdırılıb. İstifadəçilər radioelektron vasitələrin qeydiyyatı və icazə vərəqəsinin verilməsi ilə bağlı xidmətdən istifadə üçün tələb olunan məlumatları elektron formada doldurmaqla portal üzərindən DRİ-yə müraciət edə biləcəklər.

Bu xidmətdən istifadə üçün istifadəçinin portala elektron qeydiyyatlı girişi tələb olunmur.


Fərdi sahibkarlar və hüquqi şəxslər özləri haqqında şəxsi məlumatları və VÖEN-i daxil etdikdən sonra tələb olunan sənədləri əlavə edərək müraciət göndərə bilərlər.
Müraciətlərə 15 iş günü ərzində baxılaraq vətəndaşlara nəticə barədə məlumat verilir. “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətinin elektronlaşdırılması xidmətin əldə edilməsini daha da əlçatan etməklə yanaşı, bu işə sərf olunan vaxtı minimuma endirir.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif internet resursları üzərindən
vətəndaşlara təqdim etdiyi rəqəmsal xidmətlər indi vahid portalda toplanılır. Ümumilikdə 20 xidmət portala inteqrasiya edilib. Portalda təqdim edilən qeydiyyatlı elektron xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.


Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli elektron xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması və tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

Həmçinin portalın yaradılması elektron xidmətlərdən istifadənin genişlənməsinə, eləcədə elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin, şəffaflığın vəinteraktivliyin daha da artırılmasına təkan verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Radiomaneələrlə bağlı müraciət” xidməti elektronlaşdırıldı

17-09-2022

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022

Vahid Elektron Xidmətlər Portalına daha 2 xidmət əlavə edildi

12-09-2022

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022

Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət əlavə edildi

31-08-2022

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

31-01-2022

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Sertifikatlaşdırma üçün e-müraciət qaydası dəyişdi

28-09-2017

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Dövlət Miqrasiya Xidmətinin yeni elektron xidməti istifadəyə verilib

05-10-2021

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə