Dünən “Veb-kamera”ların Texniki Nəzarət Mərkəzinə baxış keçirilib. Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iştirak edib. Mərkəzin işi ilə bağlı onlara rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.
Qeyd edək ki, martın 18-də keçiriləcək referendumla bağlı ölkənin 500 seçki məntəqəsində quraşdırılmış “veb-kamera”lardan gələn siqnallar ilk olaraq Texniki Müşahidə Mərkəzinə ötürüləcək, oradan isə internetə çıxacaq.
MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, artıq ikinci dəfədir Azərbaycanda bu sistem tətbiq olunur: “Veb-kamera”lardan istifadə təcrübəsini ilk dəfə keçən il keçirilən prezident seçkilərində tətbiq etmişdik. “Veb-kamera”ların quraşdırıldığı yerləri elə seçmişik ki, bu sistem coğrafi baxımdan bütün ölkə ərazisini əhatə etsin. MSK-nın internet saytı vasitəsilə dünyanın istənilən yerindən “veb-kamera”lar quraşdırılmış seçki məntəqələrində martın 18-i günü səhərdən axşamadək baş verən bütün prosesləri izləmək olar. Bu, şəffaflıq baxımından dünyada analoqu olmayan addım oldu”.
M.Pənahov əlavə edib ki, “veb-kamera”ların seçki məntəqələrində quraşdırılması ilə bağlı işlərin 90-95%-i başa çatıb: “Martın 15-dək bu iş başa çatdırılacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri